Məhkəmə qərarları › İş №3(005)-1600/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1600/2022

08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1600/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Nadir Rza-zadə 26 aprel 2022-ci il tarixli qərarından və AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.04.2022-ci il tarixdə saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi, Opel markalı ** DF *** dövlət nömrə nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə hərəkət edib A.Neymətulia küçəsinə dönüb üzü Təbriz küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolaqla saatda 20 km sürətlə hərəkət edərkən, Toyota Prıus markalı ** XY *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş sərnişin X4 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, Toyota Prius markalı ** XY *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir.05.04.2022-ci il tarixdə saat 13:10-da H.Əliyev prospekti ilə A.Neymətulia küçəsinə dönüb tıxac olduğundan saatda 10-15 km/sürətlə hərəkət edib onunla eyni istiqamətlə hərəkət edən Opel markalı avtomobilin stop işıqları yanmamasından Opel markalı avtomobilin arxa hissəsinə avtomobilinin ön tərəfi ilə çırpılmışdır. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş sərnişin X4 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə və zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və digər zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/11395 nömrəli, 05 aprel 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır; Vət.X6 izahat verərək, Opel markalı ** DF *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Qeyd olunan idarə etdiyi avtomobil ilə 05.04.2022-ci ıl tarixdə saat 11:00 radələrində H.Əliyev prospekti ilə hərəkət edib A.Neymətulia küçəsinə dönüb üzü Təbriz küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolaqla saatda 20 km sürətlə hərəkət edərkən ani olaraq maşınının arxa hissəsinə bərk zərbə dəydiyini və maşının irəli atıldığını bildirmişdir. Onun avtomobilində sağ qabaq oturacaqda əyləşən Raif adlı şəxsin xəsarət aldığını bildirmişdir. Vət. X7 izahat verərək,Toyota Prıus markalı ** XY *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir.05.04.2022-ci il tarixdə saat 13:10-da H.Əliyev prospekti ilə A.Neymətulia küçəsinə dönüb tıxac olduğundan saatda 10-15 km/sürətlə hərəkət edib onunla eyni istiqamətlə hərəkət edən Opel markalı avtomobilin stop işıqları yanmamasından Opel markalı avtomobilin arxa hissəsinə avtomobilinin ön tərəfi ilə çırpılmışdır. Vət.X5 izahat verərək, Elsevər Nağıyevin idarə etdiyi avtomobildə sağ qabaq oturacaqda əyləşdiyini baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəstəxanada yatdığını gündəlik qazancının olmaması səbəbindən ona ümumilikdə 700 manat ziyan dəydiyini və həmin məbləği tələb etdiyim bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AC 909657 nömrəli 31.03.2017-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B, C, D kateqoriyalı sürücüdür; 13.01.2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən verilmiş AC 772042 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Vectra” minik markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X10 10 aprel 2022-ci il tarixli, 365 nömrəli sağlamlığa zərər vurmanın təyini barədə ekspert rəyindən görünür ki, müayinəsi aparılan X5nun bədən üzərində aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngü! zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Nadir Rza-zadə tərəfindən 26 aprel 2022-ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar