Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1605/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu X2 MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və həmin protokol üzrə qəbul edilmiş qərarı iş materiallarına əlavə etməmiş, sadəcə qeyrimüəyyən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə hər hansı qərarın qəbul edilib-edilməməsi məsələsi isə hazırki iş materialları ilə müəyyən olunmur. Qeyd olunanlara əsasən və İXM-in 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1605/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1605/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver