Məhkəmə qərarları › İş №3(005)-1606/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1606/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1606/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, X1 barəsində Bakı şəhəri Xətai Rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Bakı şəhəri Xətai Rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aprel ayının 15-də onu polis əməkdaşları saxlayaraq sənədlərinə baxmışdır. Sonra isə gedə bilərsiniz demişdir. Lakin təxminən 1,5 ay keçdikdən sonra ev ünvanına cərimə haqqında məktub gəlmişdir. O, fiziki şəxs olmağına baxmayaraq pandemiya dövründə heç bir fəaliyyət göstərmək mümkün olmamışdır, lakin xüsusi icazə portalda mövcud idi. Son aylar yoxlamalarla əlaqədar icazələr dəfələrlə ləğv edilib və yenidən təzələnib, bərpa olunurmuş. Bu səbəbdən icazəni kağız daşıyıcıda üzərlərində gəzdirirdilər ki, lazım olanda göstərsinlər. Yoxlama zamanı heç bir şey bildirmədən polis cərimə tətbiq etmişdir. Qeyd etdiklərini nəzərə alaraq TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon DYPŞ - nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şöbənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri Xətai rsayonu M.Hadi küçəsi ərazisində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Elektron Hökumətun İnkişafı Mərkəzinin icaze.e-gov.az saytından çıxarışdan görünür ki, şəxsiyyət vəsiqəsini seriya və nömrəsi AA ******* olan Abdullayeva ida Akif qızı ölkə ərazisi üzrə xidməti ilə əlaqədar olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə icazə almışdır və bu icazə təsdiqlənmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində TP seriyalı TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş TP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar