Məhkəmə qərarları › İş №3(005)-1606/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1606/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1606/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi baş həkim Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Bakı Şəhər Binəqədi Rayon Prokurorluğunun daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 15 may 2025-ci il tarixli qərar və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan və digər materiallardan görünür ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktor X3 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də XXX Elturan Süleyman oğlunu 2024-cü ilin noyabr ayından xx.xx.2025-ci il tarixədək həkim köməkçisi kimi işə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Bakı Şəhər Binəqədi Rayon Prokurorluğu hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - ünvan 2 ünvanında yerləşən - barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Bakı Şəhər Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsi baş həkim Nümayəndə bildirmişdir ki, klinika yeni fəaliyyətə başlamışdır. Əmək müqaviləsi bağlamadan heç kimi işə götürməmişlər, Elturan Süleyman oğlu isə həkim köməkçisi olmuşdur və “Kəpəz klinikası”nda işləmişdir. Azər Kərimov “Kəpəz klinikası”nın həkimi olduğu üçün Elturanı oradan tanıyır və klinikaya da Azər həkimin yanına gəlmişdir. Klinika tərəfindən heç bir işə cəlb olunmamışdır. Azərbaycan Respublikasının Bakı Şəhər Binəqədi Rayon Prokurorluğu tərəfindən daxil olmuş qərardan və materialdan aydın olur ki, “Universal Hospital" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və toplanmış material baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikasının Bakı şəhər Binəqədi Rayon Prokurorluğu tərəfindən daxil olmuş materiallarda Şəxs-ın şöbə müdiri X2 izahatından görünür ki, X1 26 noyabr 2024-cü ildə sağ gözünün katarakta və qlaukoma əməliyyatını həyata keçirilmişdır. Müayinələrini vaxtında həyata keçirdiyini və Kərimova Solmazın görmə faizinin artdığını bildirmişdir. Elturan Süleyman oğlu öz izahatında bildirmişdir ki, o Azər Kərimovla birlikdə əvvəl “Kəpəz hospital”-da, sonra isə Şəxsda həkim köməkçisi kimi çalışmışdır. Qərardan görünür ki, XXX Elturan Süleyman oğlu əmək müqaviləsi Şəxs MMC arasında 2024-cü ilin noyabr ayından xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi bağlanmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-in 99.1.3-cü maddəsinə əsasən, X1 rayon prokurorluğuna daxil olmuş müraciəti olmuşdur. Qeyd olunanları nəzərə alınaraq məhkəmə hesab edir ki, Elturan Süleyman oğlunun və Şəxs MMC-nin həkimi Azər Kərimovun da izahatından, eləcə də nümayəndənin çıxışından aydın olur ki, X4 Kərimovun yanında "Kəpəz kilinikası"nda fəaliyyət göstərdikləri müddət ərzində çalışmışdır, həkim iş yerini Şəxsa dəyişdiyi üçün həkimin yanına gedibgəlmişdir. Lakin Şəxs tərəfindən onun işə götürülməsi ilə bağlı görüşləri həmin müddət olmamışdır. Sənədlərdən də aydın olur ki, Elturan Süleyman oğlu şikayət olunan müddətdə “Kəpəz hospital”da rəsmi çalışmışdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “Universal Hospital" MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli qərar üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “Universal Hospital" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar