Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1608/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X9 X1 X6 Limited” Şirkətinin nümayəndəsi- fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, «X9 X1 X6 Limited» Şirkəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi “X9 X1 X6 Limited” şirkəti barəsində İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx xxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X9 X1 X6 Limited” şirkəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində xx.xx.2019-cu il tarixdə, saat 15:42-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə “X9 X1 X6 Limited” şirkəti tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(005)- 2685/2019 nömrəli qərarından görünür ki, “X9 X1 X6 Limited” şirkəti İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)-1226/2020 saylı qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(005)-2685/2019 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, “X9 X1 X6 Limited” şirkəti tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş şəkillərdən də müəyyən olunur. Həmin şirkət Dövlət reklam Agentliyi ilə reklam yayımına dair müqavilə bağlamamış, müvafiq icazə almamışdır. Lakin buna baxmayaraq Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində reklam yerləşdirmişdir. Bu səbəblə də göstərilənləri nəzərə alaraq “X9 X1 X6 Limited” Şirkəti Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tətbiq edilməsini xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X9 X1 X6 Limited” Şirkətinin nümayəndəsi- fərdi qaydada fəaliyyət göstərən vəkil X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, MN seriyalı 03023669 saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən yuxarıdakı tələblərə riayət edilməmiş, həmin protokolun tərtibi zamanı nəinki şirkətə heç bir məlumat verilməmiş, hətta həmin protokol şirkətə ümumiyyətlə təqdim edilməmişdir. Yəni inzibati icraat tamamilə şirkətin məlumatı olmadan aparılmışdır, bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydalarının 3-cü maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu hallan aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Konkret halda inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi, Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən şirkətimiz barəsində protokol tərtib edilməmişdən əvvəl, pozuntunun aradan qaldırılması barədə bizə heç bir yazılı göstəriş verilməmişdir. Bu hal isə birinci instansiyası məhkəməsində ümumiyyətlə araşdırılmamışdır. Sadalananları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin “Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları”ndan görünür ki, “X9 X1 X6 Limited” şirkəti (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X9 X1 X6 Limited” şirkəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində xx.xx.2019-cu il tarixdə, saat 15:42-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə “X9 X1 X6 Limited” şirkəti İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda iş materiallarından görünür ki, “X9 X1 X6 Limited” şirkəti tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta xx.xx.2019-cu il tarixdə baş vermiş və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi həmin tarixdə də MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2019-cu il tarixdə törədilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə «X9 X1 X6 Limited» Şirkəti tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla «X9 X1 X6 Limited» Şirkətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, «X9 X1 X6 Limited» Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibait xətanı törədilmişdir, lakin hazırda həmin tarixdən üç aydan artıq müddət keçmişdir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasənbu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, «X9 X1 X6 Limited» Şirkəti tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta xx.xx.2019-cu il tarixdə törədildiyindən və həmin xətanın törədilməsindən qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X9 X1 X6 Limited» Şirkətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1608/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1608/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver