Məhkəmə qərarları › İş №3(005)-1609/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1609/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1609/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Səlahiyyətli orqan Nərimanov Rayon Polis İdarəsinin 11-ci polis sahə inspektoru polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Polis İdarəsinin 11-ci polis sahə inspektoru polis leytenantı X6 Şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə MN ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2P ünvanında fəaliyyət göstərən “Mothercare” mağazası ərzaq məhsullarının satışı kimi dövlət portalından qeydiyyatdan keçərək, uşaq geyim paltarlarının satışı ilə məşğul olaraq, yerində xidmət göstərərək karantin rejimi qaydalarının pozulması faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında Nərimanov Rayon Polis İdarəsinin 11-ci polis sahə inspektoru polis leytenantı X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Tərtib edilmiş protokolda Cəmiyyətə məxsus “Mothercare” mağazasının Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərini guya pozduğu və qadağan olunduğu halda qeyri-ərzaq mallarının yerində xidmət göstərməklə təqdim etməsi və nəticədə karantin qaydalarını pozması göstərilmişdir. Əvvəlcə qeyd edək ki, protokol qanunvericiliyin tələblərinə uyğun düzgün tərtib edilməmişdir. Belə ki, protokol tərbtib edilən zaman protokolun “inzibati xətanı törədən şəxs” xanasına Şəxs MMC -nin “Mothercare” mağazası, “barəsində inzibati xəta haqqında iş üzrəə icraat aparılan şəxs” xanasına isə Cəmiyyətin direktoru X9 qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixdə özlərini Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayındələri kimi təqdim edən şəxslər mağazaya daxil olaraq sanitar-gigiyenik vəziyyəti, işçiləri qeydiyyatını yoxlamışlar. Yoxlama zamanı heç bir qanun pozuntusu tapmadıqda bildirmişlər ki, xüsusi karantin zamanı mağazanın fəaliyyəti qanunsuzdur, satılan ərzaq məhsullarının çeşidi azdır. Cəmiyyətin əməkdaşı tərəfindən onlara izah edilmişdir ki, mağazada satılan qida mıhsulları yalnız uşaqlar üçün nəzərdə tutulduğundan mağazada uşaq qidasından başqa sair qida məhsulları satılmır. Bundan sonra Nərimanov RHİ-nin əməkdaşları mağazaya polis əməkdaşlarını dəvət etmişlər. Mağazaya gələn polis əməkdaşları da yoxlama zamanı heç bir qanun pozuntusu tapmadıqda, satılan ərzaq məhsullarının çeşidinin az olduğunu bildirmişlər. Cəmiyyətin əməkdaşları tərəfindən bir daha polis əməkdaşlarına izah edilmişdir ki, mağazada satılan qida mıhsulları yalnız uşaqlar üçün nəzərdə tutulduğundan mağazada uşaq qidasından başqa sair qida məhsulları satılmır. Qeyd edim ki, qanunvericilikdə satılan ərzaq məhsullarının çeşidliyinə dair hər hansı tələblər və meyarlar müəyyən edilməmişdir. Bundan əlavə malların onlayn qaydada satışını icra etmək üçün ən azından gündəlik olaraq mağazanın açılması, işçilərin sifarişləri qəbul etmək və poçtla göndərmək üçün mağazaya daxil omaları zəruridir. Bu zaman işçilərin mağazada olmaları xüsusi karantin rejimi qaydalarının pozuntusu kimi qiymtələndirilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X7 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 20.00 AZN olan Şəxs X4 xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmışdır; Şəxs MMC-nin direktoru X9 protokolu imzalamaqdan imtina edərək xx xxxxxx 2020ci il tarixli izahatında bildirmişdir ki, ərzaq məhsulları xx.xx.2020-ci il tarixdə mağazadan yerində, qeyri-ərzaq məhsulları isə onlayn qaydada satılırdı. İş materialına əlavə edilmiş 1 ədəd CD diskdə olan video materiallardan görünür ki, mağazanın uşaq geyimi hissəsində vətəndaşa yerində xidmət olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallrına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd minmnatadan on min manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə olan video materiallardan görünür ki, Şəxs X2 məxsus ünvan 2 ünvanında yerləşən “Mothercare” mağazasının uşaq geyimi hissəsində vətəndaşlara yerində xidmət göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında ŞəxsMMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar