Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-161/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Şikayət vermiş şəxs X1 Bakı şəhər DYPİ tərəfindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ tərəfindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi X4 markalı, 99FY962 dövlət nömrə nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi istiqamətində hərəkətdə olarkən, 28 May küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsini keçdikdən sonra yol kənarında 99YP434 nömrəli avtomobillə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini vermiş, əmrə uyğun olaraq avtomobilini yolun kənarında saxlamışdır. Yol patrul xidmətinin əməkdaşı ona İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğunu bildirdi. O, yolda tıxac olduğu səbəbindən yol nişanlarını görə bilmədiyini, “Waze” proqramında olduğu zolaqda yolu düz keçməli olduğunu, məcburi sağa dönmə nişanının olmadığını bildirmişdir. Bundan sonra YPX əməkdaşı avtomobilə qanunsuz işıqlar quraşdırdığını bəhanə edərək, maşının duracağa yerləşdirilməli olduğunu bildirdi. İstənilən halda polisin əmrlərinə tabe olmalı olduğunu düşünüb avtomobilin duracağa yerləşdirilməsinə etiraz etmədiyini bildirdi. Lakin YPX əməkdaşı heç bir protokol tərtib etmədən avtomobilini duracağa yerləşdirdi (avtomobil hal-hazırda duracaqdadır). O, bu barədə DİN-in 102 xidmətinə dəfələrlə avtomobilinin qanunsuz olaraq duracağa yerləşdirilməsi barədə zəng edərək bildirmişdir. Bütün bunlara və avtomobilinin xx.xx.2024-cü il tarixdə, saat 08:26-da duracağa yerləşdirilməsinə baxmayaraq, nə protokol tərtib olundu, nə inzibati tənbehvermə haqqında qərar qəbul olundu, nə də avtomobilin duracağa yerləşdirilməsi barədə akt tərtib olunub ona təqdim olundu. xx.xx.2025-ci il tarixdə Bakı ŞPİ DYPİ-nə gedib qanunsuz olaraq avtomobilinin duracağa yerləşdirilməsini, etdiyi şikayətin nəticəsini öyrənmək istədikdə məlum oldu ki, hələ də protokol və qərar qəbul etməyiblər. Məhkəməyə müraciət etmək istədiyini, inzibati tənbehvermə haqqında qərarın təqdim olunmasını istədikdə, ona gözləməli olduğunu, qərarı bir-neçə dəqiqəyə verə biləcəklərini bildirdilər. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra mobil nömrəsinə 150 manat cərimə olunmağı barədə SMS gəldi və bundan bir-neçə dəqiqə sonra inzibati tənbehvermə haqqında qərarı ona təqdim etdilər. Qərarı əldə etdikdən sonra görmüşdür ki, barəsində İXM-nin 342.5, 342.1.3, 327.1 və 342.2.2-ci maddələri ilə 150 manat cərimə tətbiq olunması barədə xx.xx.2025-ci il tarixli, İXP6799800 saylı protokol və TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, qərardan və protokoldan narazıdır. Tərtib olunmuş protokol və qərar tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Səbail rayonunun ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki X1 Bakı şəhər DYPİ tərəfindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər DYPİ tərəfindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-161/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-161/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver