Məhkəmə qərarları › İş №3(005)-1610/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1610/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1610/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki,Şəxs düzgün ara məsafəsi seçməyib qarşısında olan sürücü X3 idarə etdiyi “Hyundai elantra” markalı **-TO-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşub.Hadisə zamanı sərnişin X7 “yüngül” dərəcəli bədən xəsarəti alıb. Avtomaşınlara maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində özünə məxsus olan “Renault Megane” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrostansiyası istiqamətində DİN-in poliklinikasının qarşısında 4 zolaqlı yolun soldan ikinci zolağı ilə saatda təxminən 70-80 km surətlə hərəkətdə olarkən ondan öndə eyni zolaqda hərəkətdə olan sonradan adının X6 olduğunu öyrəndiyi “Hyundai Elantra” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin anidən dayanmış vəziyyətdə olduğunu görüb əyləci sıxmış, lakin idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.Nəticədə həmin avtomobildə olan sərnişin qadın xəsarət almışdır.Dərhal həmin qadını taksi ilə xəstəxanaya aparmışalr.Özü isə hadisə yerində dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir.Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təhqiqatçı araşdırmaya başlamışdır. Sonda Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: HK-1 491nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 10:20-də Nərimanov RPİ-nin DYPŞ-nin 268 çağırışlı YPX naryadı məlumat verərək Z.Bünyadov prospekti Koroğlu metrostansiyası istiqamətində Socar YDM-ni keçdikdən sonra xəsarətlə nəticələnən YNH-sinin baş verdiyini bildirmişdir. HK-2 5448 nömrəli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:30-da 3saylı ŞKX-dan tibb bacısı Musayeva məlumat verərək Z.Bünyadov prospekti Socar YDMni keçdikdən sonra baş vermiş YNH-si nəticəsində 1973-cü il təvəllüdlü X2 sarğını nahiyyəsinin kəsilmiş yarası xəsarəti ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, 2/11895 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinəsi aparılan sürücü Şəxs xx.xx.2020-ci il tarixdə sərxoşluq halı müəyyən edilməmiş və hadisə zamanı ayıq olmuşdur. Aparılan araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində etibarnamə ilə idarə etdiyi “Flyundai Elantra minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrostansiyası istiqamətində DİN-in poliklinikasının qarşısında 4 zolaqlı yolun soldan ikinci zolağı ilə saatda təxminən 40-50 km surətlə hərəkətdə olarkən avtomobilində nazazlıq yarandığından qəza işıqlarını yandırıb avtomobilimin sürətini azaldıb yolun özündən sağ zolağa keçmək üçün müvafiq anı gözləyən zaman ondan arxada eyni zolaq ilə hərəkətdə olan sonradan adının Şəxs olduğunu öyrəndiyi “Renault Megane” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək avtomobilinin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.Nəticədə idarə etdiyi avtomobildə anası X7 xəsarət almışdır. Dərhal anasını yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi ilə 3 saylı ŞKX-na aparmış, orada ilkin tibbi yardım göstərilmişdir. Aparılan araşdırma zamanı X8 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində oğlu Fəxrəddin Haqverdiyevin etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrostansiyası istiqamətində DİN-in poliklinikasının qarşısında 4 zolaqlı yolun soldan ikinci zolağı ilə saatda təxmninən 40-50 km surətlə hərəkətdə olarkən avtomobilində nasazlıq yarandığından oğlu qəza işıqlarını yandırıb avtomobillin sürətini azaldıb yolun özündən sağ zolağa keçmək üçün müvafiq anı gözləyən zaman ondan arxada eyni zolaq ilə hərəkətdə olan sonradan adının Şəxs olduğunu öyrəndiyimi “Renault Megane” minik markalı 99-ST- 759 dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək avtomobilinin ön hissəsi ilə sərnişini olduğu avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.Nəticədə oğlunun idarə etdiyi avtomobildə arvadı X7 xəsarət almışdır. Dərhal arvadını yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi ilə 3 saylı ŞKXna aparmış, orada ilkin tibbi yardım göstərilmişdir. Aparılan araşdırma zamanı X7 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11:20 radələrində oğlu Fəxrəddin Haqverdiyevin etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrostansiyası istiqamətində DİN-in poliklinikasının qarşısında hərəkətdə olarkən avtomobilində nasazlıq yarandığından oğlu qəza işıqlarını yandırıb avtomobillin sürətini azaldıb yolun özündən sağ zolağa keçmək üçün müvafiq anı gözləyən zaman ondan arxada eyni zolaq ilə hərəkətdə olan sonradan adının Şəxs olduğunu öyrəndiyi “Renault Megane” minik markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək avtomobilinin ön hissəsi ilə sərnişini olduğu avtomobilin arxa hissəsi ilə toqquşmuşdur.X1 xəsarət almış, dərhal yoldan keçən markasını və nömrəsini xatırlamadığı taksi ilə 3 saylı ŞKX-na getmiş və orada ilkin tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli ,133-M saylı (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, X4 adına tərtib edilmiş tibbi arayışda qeyd edilən xəsarət sağ sarğı nahiyyəsinin əzilmiş yarası- küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2010-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. -Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Samir İslamov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul olunmuş “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halkimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsiləşikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar