Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1611/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, (FİN-xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı X11 xx xxxxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində etibarnamə ilə idarə etdiyi “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrosuna tərəfə keçmiş “Karl Marks” dairəsinə çatmamış 3 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 60-70 km sürətlə hərəkət edərkən ondan qarşıda hərəkətdə olan “Mercedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil özündən qarşıda hərəkətdə olan “Mercedes Benz” C180 markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, onun avtomobilinin ön hissəsi ilə “Mercedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobilin sərnişini X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində etibarnamə ilə idarə etdiyi “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrosuna tərəfə keçmiş “Karl Marks” dairəsinə çatmamış 3 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 60-70 km sürətlə hərəkət etmişdir. Bu zaman ondan qarşıda hərəkətdə olan X8 idarə etdiyi “Mercedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil özündən qarşıda hərəkətdə olan X2 idarə etdiyi “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və onun avtomobilinin ön hissəsi isə X8 idarə etdiyi “Mersedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə idarə etdiyi avtomobilin sərnişini, yaxın dostu X7 baş nahiyəsindən yüngül xəsarət almış və Respublika xəstəxanasına müraciət etmişdir. Özü isə hadisə yerində dayanaraq polis əməkdaşalarının gəlməsini gözləmişdir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 işə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə saat 16:03-də X12 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək London taxi markalı **-TH-*** dövlət qeydiyyat nişanlı, Mersedes-Benz markalı **-BU-*** dövlət qeydiyyat nişanlı, Mersedes-Benz markalı **-GB- *** dövlət qeydiyyat nişanlı və Saipa markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması və nəticədə xəsarət alanın olmasını bildirmişdir. Daxil olmuş məlumat xarakterli raport xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında HK-1/496 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılması təhqiqatçısı X15 həvalə edilmiş və icraatına daxil olmuşdur; Təhqiqat araşdırması zamanı X13 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində etibarnamə ilə idarə etdiyi Mersedes Benz E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrosu tərəfə keçmiş Karl Marks dairəsinə çatmamış 3 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 40-50 km sürətlə hərəkət edərkən ondan qarşıda hərəkətdə olan sonradan adının X6 olduğunu öyrəndiyi şəxs “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətsiz vəziyyətə gətirdiyindən öz avtomobilinin ön hissəsi ilə həmin avtomobilə toxunmuşdur. Bu zaman ondan arxada hərəkət edən sonradan sürücüsünün adının Şəxs olduğunu öyrəndiyi “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan onun avtomobili ilə toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil öndəki avtomobilə dəymişdir.Ondan arxada olan avtomobilin sərnişini Pərviz adlı şəxs xəsarət almışdır; Təhqiqat araşdırması zamanı izahatı alınmış X6 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində etibarnamə ilə idarə etdiyi “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrosu tərəfə keçmiş, Karl Marks dairəsinə çatmamış 3 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 50-60 km sürətlə hərəkət edərkən onunla eyni zolaqda hərəkətdə olan sonradan sürücüsünün adının X14 olduğunu öyrədiyi “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşısında dayanmış, əyləci sıxıb idarə etdiyi avtomobili dərhal dayandırmış və öndəki avtomobilə toxunmamışdır. Lakin ondan arxada hərəkət edən sonradan adının X13 olduğunu öyrəndiyi sürücü “Mersedes Benz E270 CDİ” markalı **- GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun avtomobilinin arxa hissəsinə yüngül toxunmuşdur. “Mersedes Benz E270 CDİ” markalı 99- GB-428 dövlət qeydiyyat nişanlı avtomobilin arxasında onunla eyni zolaqda hərəkətdə olan sonradan sürücüsünün adının Şəxs olduğunu öyrəndiyi “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mersedes” markalı avtomobilin arxa hissəsinə zərbə ilə toxunduğundan “Mersedes Benz E270 CDİ” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə zərbə ilə toxunmuş və idarə etdiyi avtomobil öndə olan “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toxunmuşdur. Hadisə zamanı müəyyən oldu ki, “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Pərviz adlı şəxs xəsarət almışdır; Təhqiqat araşdırması zamanı izahatı alınmış X14 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində etibarnamə ilə idarə etdiyi “London Taxi TX 4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrosu tərəfə keçmiş Karl Marks dairəsinə çatmamış 3 zolaqlı yolun soldan birinci zolağı ilə saatda təxminən 50-60 km sürətlə hərəkət edərkən qarşıda hərəkət edən markasını və dövlət nömrə nişanını görmədiyi avtomobil anidən əyləci sıxıb saxlamış, ona görə də dərhal əyləci sıxmış, bu zaman ondan arxada eyni zolaq üzrə hərəkətdə olan sonradan sürücüsünün adının X6 olduğunu öyrəndiyi “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi onun avtomobilinə yüngül toxunmuş, bu zaman 3 dəfə avtomobillərin bir-birinə toxunuş səsi gəlmişdir.Müəyyən olmuşdur ki, onunla eyni zolaqda hərəkət edən sonradan adının X13 olduğunu öyrəndiyi sürücü “Mersedes Benz E270 CDİ” markalı **- GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı onun avtomobili, ondan arxada hərəkət edən Şəxs olduğununun idarə etdiyi “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mersedes Benz E270 CDİ” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ondan arxada olan “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə ön hissəsi ilə onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı müəyyən olmuşdur ki, “Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Pərviz adlı şəxs xəsarət almışdır; Təhqiqat araşdırması zamanı izahatı alınmış X7 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 16:00 radələrində tanışı Şəxs idarə etdiyi “Saipa Saina” markalı **- PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrosundan üzü “Koroğlu” metrosuna tərəfə keçmiş “Karl Marks” dairəsinə çatmamış ayaqqabısının bağı açıldığından əyilib bağlayarkən anidən qarşıda hərəkətdə olan “Mersedes Benz” E270 CDİ markalı 99- GB-428 dövlət qeydiyyat nişanlı avtomobil özündən qarşıda hərəkətdə olan “Mersedes Benz C180” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sərnişini olduğu avtomobilin ön hissəsi ilə X8 idarə etdiyi “Mersedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə baş nahiyyəsindən xəsarət almış və Respublika xəstəxanasına müraciət etmişdir; 2/5182 nömrəli, xx xxxxxx 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən verilmiş AE 413373 nömrəli xx xxxxxxxx 2014-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 746449 nömrəli xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“Saipa Saina” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxxxxxxxx” MMC-dir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, 536 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X4 aşkar edilmiş xəsarət alının sağ yarısının əzilmiş yarası-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə yol nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, qərarın surəti, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatından başqa, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməli etiraf edib səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1611/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1611/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver