Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1619/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi – X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə MN ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “ÖZSÜT ATATÜRK” adlı iaşə obyektində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı – qapalı məkanda vətəndaşlara xidmət göstərilməsi faktı aşkar edilmişdir. Bununla da MMC tərəfindın İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi baş vermədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş MN ******* saylı protokol üzrə başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli brifinqində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva öz çıxışında qeyd etmişdir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərara əsasən ictimai iaşə müəssisələrinin fəaliyyətinə müəyyən saatlar daxilində icazə verilir, bu müddət ərzində ictimai iaşə müəssisələrində giriş və çıxışlarda dezinfeksiya məhlulları yerləşdirilməli, masalar arxasında oturacaqların sayı 6 ədəddən çox olmamalı, masalar arasında 1.5 metrlik məsafə olmalı, işçilər xidmət vaxtında tibbi maskalardan istifadə etməli, müştərilər isə ictimai iaşə obyektinə daxil olarkən tibbi maskalardan istifadə etməlidir. Göstərilən tələblərə MMC-nin əməkdaşları tərəfindən tam olaraq əməl edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən də müəyyən olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarda göstərilən bütün tələblərə MMC tərəfindən əməl edilir. Protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan ünvanda müştərilərə qapalı məkanda deyil, açıq məkanda xidmət göstərilmişdir. Belə ki, ictimai iaşə müəssilərində açıq məkanın anlayışına Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli brifinqində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəis müavini Samirə Musayeva tərəfindən aydınlıq gətirilmişdir. İctimai iaşə müəssisələrində açıq məkan dedikdə, obyektin yuxarı hissəsi və ya ətrafı açıq olan obyektlər nəzərdə tutulur. Vergi Orqanının təqdim etdiyi protokola əlavə edilmiş fotoşəkillərin kserosurət olmaqla həmin fotoların məhz xx xxxxxx 2020-ci il tarixdə çəkilməsinə dair sübutlar təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərlə və Vergi orqanın özünün də nümayəndəsinin etirafı ilə müəyyən olunur ki, qeyd olunan ictimai iaşə müəssisəsində xidmət göstərilən sahədə tavan hissə açılıb qapanan mexanizmlə təmin olunmuş, ətrafı isə açılıb qapanan cam balkondur. Tavan hissə və cam balkon açıla bildiyi halda ictimai iaşə obyektinin həmin sahədə qapalı olaraq fəaliyyət göstərməsi ağlabatan deyildir. Göründüyü kimi, bu protokola dair “xxxxxxxxxxxxxxxx” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 20.00 AZN olan Şəxs xx.xx.2019-cü ildə dövlət qeydiyyatına alınmışdır; İş materialına əlavə edilmiş fotoşəkillərdə ictimai iaşə obyektinin qapalı məkanda vətəndaşlara xidmət göstərilməsi faktı aydın şəkildə görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallrına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd minmnatadan on min manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən ictimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “ÖZSÜT ATATÜRK” adlı iaşə obyektində vətəndaşlara qapalı məkanda xidmət göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında ŞəxsMMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1619/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1619/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver