Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1621/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Gültəkin Əsədova Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə, İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, ev 15, mənzil 15 ünvanında qeydiyyatda olan və ünvan 1nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 27 may 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı Elvin Cəfərovun 05 aprel 2024cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 27 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, “Rose İnn” otelində X4 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X5 Nərimanov RPl-nin 16-cı PŞ-nə yazmış olduğu ərizəsində və vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanda yerləşən ''Rose İnn" otelinə istirahət etmək üçün getmiş, otelin qeydiyyat masasının qarşısında olarkən boşanmaq üzrə olan gəlinləri Fəridəni görmüş və onu video görüntüyə almağa başlamışdır. Video ilə qeydə alarkən ona oteldə nə işi olduğunu sual vermiş, cavabında isə “yaxşı etmişəm” cavabını almışdır. Video görüntüyə aldığı üçün Şəxs onun üzərinə gələrək telefonu əlindən almış və mübahisə etməyə başlamışlar. Mübahisə nəticəsində Şəxs onu vuraraq onş xəsarət yetirmişdir. Qeyd etmişdir ki, ad günündə spirtli içki içdiyindən və sərxoş olduğu üçün otelə getmişdir. Nərimanov RPİ-nin 16-cı PŞ-nə hər iki tərəfin müraciəti əsasında araşdırılma aparılmış və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı RPİ-nin PŞ-nin təhqiqatçısı Elvin Cəfərov tərəfindən şikayət əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən 27 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə X7 ilə münaqişəsi olmuşdur. Əməlindən çox peşmandır, hazırda X7 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, 06 mart 2024-cü il tarixdə Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində münaqişə olmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi Cavid İsmayılzadəyə ünvanlanan 15 aprel 2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, “Rose İnn” otelində X4 döymüşdür. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılmış və araşdırma zamanı Alimetova X5nın və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilən inzibati xətanı törətməsi müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, X1 və Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəib olunmasından və həmin ailənin münaqişəli aiiə kimi uçota götürülməsindən ötrü aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov rayon RPİ-nin 16-cı PB-nin təhqiqatçısı Elvin Cəfərov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində əsasən inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin 16-cı PŞ-nə həvalə edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X3 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1621/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1621/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver