Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1625/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilməsi qərara alınmışdır Qərardan görünür ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X6 barəsində tərtib edilsə də, hazırkı iş üzrə şikayət, şikayət vermək hüququ olmayan şəxs X5 tərəfindən verilmişdir. Belə ki, AR İXM-in 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2022-ci il inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1625/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1625/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver