Məhkəmə qərarları › İş №3(005)-163/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-163/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-163/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil, X1 ( X4) iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da Nərimanov ray, A.Neymətulla küçəsi 23-də borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 27641 manat borcu ödəmək təkliş edilmişdir. Lakin borclu ödəməkdən imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 11 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 bildirdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə borcun təmin edilməsi üçün borclu Şəxs bildiriş göndərilmiş, icra sənədinin icrasından yayınmanın nəticələri barədə xəbərdar edilmişdir. Buna baxmayaraq Şəxs icra sənədini tam həcmdə icra etməmişdir. Buna görə də, Şəxs barəsində onun tərəfindən İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, taksi sürücüsüdür. Borcunu ödəməkdən yayınmır, maddi durumu ilə əlaqədar borcunu vaxtında ödəyə bilməmişdir. 500 manat ödəniş etmişdir, əlavə olaraq 500 manat da bu gün ödəməyə razıdır. Məhkəmədən barəsində daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində ən yüngül cəza təyin olunmasını xahiş etmişdir. X2 (X9) məhkəmə iclasında izahat verərək Şəxs şikayətçi olduğunu, ona olan borcunu tam məbləğdə ödəməsini tələb etdiyini bildirdi. Göstərilənlərə əsasən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbiri seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı protokola əlavədən görünür ki, icra sənədi üzrə borclu Şəxs 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 311 (üç yüz on bir) manat pul tutularaq tələbkar X6 (X9) verilməlidir. Bugünədək borclu Şəxs 500 manat məbləğində pul tələbkar X6 (X9) ödəniş etmişdir. Aparılan icra tədbirləri nəticəsində dəfələrlə borclu ilə əlaqə saxlanılmasına baxmayaraq yuxarıda qeyd edilən icra sənədlərin icrasına müxtəlif bəhanələr gətirərək icra etməkdən boyun qaçırmış və bugünədək borcunu tam olaraq ödəməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 27.800 AZN (iyirmi yeddi min səkkiz yüz) manat pul vəsaiti, 30 (otuz) manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 311 (üç yüz on bir) manat pul tutularaq tələbkar X6 (X9) verilməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, e217521/2020-15-19-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Şəxs tərəfindən bildiriş xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1958/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, hesabat qismən təmin edilməli, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar