Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1637/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X12 vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 iştirakları ilə, X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən X20 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edərək, X15 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X20 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyası ərazisində olmuşdur. O, Azərbaycana gəldikdən bir neçə gün sonra 16 may 2024-cü il tarixdə məlumat almışdır ki, X18 Xidməti Bakı şəhər İdarəsi X20 barəsində xx.xx.2024cü il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərar qəbul etmişdir. Qərarın surətini əldə etdikdən sonra X15 məlum olmuşdur ki, o, Azərbaycan Respublikası ərazisində 2 ilə yaxın müddətdir ki, olmadığına baxmayaraq səlahiyyətli orqan X18 Xidməti xəbəri olmadan və hər hansı inzibati xəta törətmədən X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, X16 4000 manat inzibati cərimə etmişdir. Hesab olunur ki, DƏMX Bakı şəhər İdarəsi onu qanunsuz və əsassız cərimə etmişdir. Azərbaycanda olmaya-olmaya X16 inzibati xəta törətməkdə təqsirli bilmiş, onun xəbəri və məlumatı olmadan X20 barəsində inzibati xəta haqqında icraat aparmış və inzibati məsuliyyətə cəlb etmişdir. DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarında qeyd olunur ki, X17 xx.xx.2024-cü il tarixində vəzifəli şəxs X20 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqan DƏMX Bakı şəhər İdarəsi tərəfindən X12 qanuni mənafeyi və hüquqları pozulmuşdur. İnzibati xəta haqqında icraatı aparan səlahiyyətli orqan İXM-nin 48-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə riayət etməmişdir. X12 xəbəri olmadan və ona məlumat verilmədən barəsində inzibati xəta haqqında icraat aparılmışdır, inzibati xəta haqqında protokolla tanış edilməmiş, izahat verə bilməmiş, vəsatətlər verə bilməmiş, inzibati xəta haqqında protokolun surəti ona verilməmişdir, onun ünvanına göndərilməmişdir, inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə ona bildiriş verilmədən və işin baxılmasında X12 iştirakı təmin edilmədən işə baxılmışdır, müdafiə hüququ təmin edilməmiş, pozulmuşdur, müdafiəçiyə malik olmaq və müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları təmin olunmamışdır, inzibati xəta haqqında iş üzrə materiallarla tanış edilməmiş və bu hüququ təmin olunmamışdır, barəsində inzibati xəta haqqında icraat aparan səlahiyyətli orqana və onun vəzifəli şəxsinə etiraz etmə hüququ təmin edilməmişdir, inzibati tənbehvermə haqqında qərarın surəti X15 rəsmi qaydada təqdim edilməmişdir. Qeyd olunan prosessual posuntulara yol verilməklə inzibati xəta haqqında icraat aparılaraq qanunsuz şəkildə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı inzibati xəta haqqında icraat zamanı inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilərkən maddi hüquq normalarının pozulmasına yol verilmişdir. xx.xx.2024-cü il tarixli İnzibati tənbehvermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan DƏMX Bakı şəhər İdarəsi inzibati xəta haqqında iş üzrə müəyyən edilməli halları düzgün müəyyən etməyərək qərar qəbul etmişdir. İnzibati xəta hadisəsinin mövcud olmadığı halda inzibati xəta haqqında protokol tərtib etmişdir. X20 vergi ödəyicisi kimi qeydiyyatdadır, hazırki şikayətə əlavə olunmuş ona məxsus olan ümumvətəndaş pasportundan, Azərbaycan Respublikasına giriş-çıxış etməyi barədə H.Əliyev adına hava limanının dövlət sərhəd xidmətinin buraxılış məntəqəsinin pasportuna vurulmuş girişçıxış möhürlərindən aşkar şəkildə görünür ki, X20 xx.xx.2022-ci il tarixdə Azərbaycanın hüdudlarından çıxaraq xarici ölkəyə getmiş və xx.xx.2024-cii il tarixdə H.Əliyev adına hava limanının dövlət sərhəd xidmətinin buraxılış məntəqəsindən keçərək Azərbaycana gəlmişdir. İnzibati xətanın törədildiyi ehtimal edilən xx.xx.2024-cü il tarixdə X20 Azərbaycanda olmamış, inzibati təbehvermə haqqında qərarda adı qeyd olunan X9 tanımır, oda onu tanımır, onunla hər hansı danışığı olmamışdır, onu əmək müqaviləsi bağlamadan işə götürməmiş, işlətməmişdir. Bakı şəhərində olmadan necə X20 şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb edə bilər? Ümumiyyətlə belə bir halın baş verməsi mümkün deyildir, inzibati xəta ümumiyyətlə törədilməmişdir, şəxs düzgün müəyyən olunmamışdır, X12 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyini təsdiq edən sübutlar yoxdur, X17 adlı şəxsi tanımadan, inzibati xətanın törədildiyi yer kimi qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi, 120/23 ünvanında fiziki cəhətdən olmadan necə onu işə cəlb edə bilər? Rusiya Federasiyası ərazisində ola-ola Azərbaycanda inzibati xətanı bilər? Onun bu işdə ümumiyyətlə heç bir təqsiri yoxdur. Hazırki iş üzrə toplanmış sübutlar qeyri-mötəbər, qərəzli və mümkün olmayan sübutlardır. İnzibati xəta hadisəsini törətmək üçün inzibati xətanı törədən şəxs özü olmalıdır, onu törətməlidir, şəxsi işləmək üçtin cəlb etməlidir, onu işlətməlidir, onunla əmək müqaviləsi bağlamaqdan imtina etməlidir. Bu halların heç biri yoxdur. X20 tanımadığı, danışmadığı, ünsiyyətdə olmadığım şəxsi və ümumiyyətlə Azərbaycanda olmadığı halda və olmadığı yerdə şəxsi necə hər hansı işin yerinə yetirilməsinə cəlb edə bilər? Hazırki inzibati xəta haqqında icraat sübutlar olmadan və onun təqsiri olmadan X12 barəsində aparılmışdır. Hər hansı şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etmək üçün inzibati xətanı törədən şəxs özü orada olmalı, bu hərəkətləri etməli, şəxsi özü birbaşa işə cəlb etməli, inzibati xətanı törətməlidir. X20 heç bir inzibati xəta törətməmişdir. Səlahiyyətli orqan DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarında qeyd olunan, X17 xx.xx.2024-cü il tarixində vəzifəli şəxs X20 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə X12 aidiyyəti yoxdur və əgər cəlb etmək olmuşdursa, onun həmin məsələdə təqsiri yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli. MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında“ Qərarının ləğv edilməsi, X12 inzibati xəta törədilməsinə aidiyyəti olmadığına və təqsiri olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X12 vəkili və nümayəndəsi Vəkil çıxış edərək X12 2 ilə yaxın müddət ərzində ölkə ərazisində olmadığını və onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən onun hüquqlarının pozulduğunu bildirmişdir. O, məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X23 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarını müdafiə edərək X20 tərəfindən verilmiş şikayətin əsassız olduğunu və X8 “45 club” adlı restoranda əmək müqaviləsi olmadan inzibatçı işlədiyini, X12 ölkə xaricində olduğuna dair məlumatları olmadığını bildirərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X12 vəkili və nümayəndəsi Vəkil vəsatəti əsasında şahid qismində dindirilmiş X13 çıxış edərək bildirmişdir ki, o, “45 club” adlı restoranda 2023-cü ilin yanvar ayından etibarən zal müdiri və menecer vəzifəsində çalışır. Prokurorluq tərəfindən o həmin restoranda baş vermiş zorakılıq faktı ilə bağlı çağrılmışdır. X13 izahat verərkən ondan X1 bildirmişdir. Baxış zamanı “45 club” restoranından heç bir əməkdaş imza atmamışdır. Hadisə baş verən günü X7 uşağı xəstə olduğundan o işdə olmamışdır. X3 Tərlan Rauf oğlu ilə X8 arasında hər hansı bir münasibətin olub-olmadığını bilmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən araşdırma aparılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə vəzifəli şəxs X20 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X5 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 4.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 04 aprel 2024-cü il tarixli Qərardan görünür ki, vəzifəli şəxs X20 hüquqi şəxs yaratmadan ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə fərdi sahibkar kimi fəaliyyət göstərərək idarə etdiyi Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi 120/23 ünvanında yerləşən “45 club” adlı restoranda X9 əmək müqaviləsi bağlamadan qanunsuz olaraq işlətmiş, bununla da Azərbaycan Respublikası İXM nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürə tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidmətindən daxil olmuş 29 mart 2024-cıı il tarixli, 3-17-5/2-17166/2024 saylı məktuba əlavə edilmiş sənəddən görünür ki, X21 ilə X17 arasında əmək müqaviləsi bağlanmamışdır. “Cinayət işinin başlanmasınının rədd edilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı X10 iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi ünvanında yerləşən “45 Club” adlı restoranın “Gəmi” adlı kabinetinə baxış keçirilmişdir. Baxış zamanı üzərində “inzibatçı” nişanı olan köynək geyinmiş X17 baxış prosesində iştirak etsə də, rəsmi əmək müqaviləsi olmadığından və işəgötürənlə arasında münasibətləri pisləşdirmək istəmədiyindən baxış protokoluna imza etməkdən imtina etmişdir. Bundan başqa, baxış zamanı “Gəmi” adlı kabinetin stolunun üzərində qəlyan və siqaret kötükləri aşkar edilmişdir. İş materiallarında olan sənədlərin surətindən görünür ki, 22 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasının Novosibirsk şəhərinə getmiş və o, 10 may 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. İş materiallarında olan X6 Sistemidən əldə edilmiş çıxarışdan görünür ki, X8 əmək müqaviləsinin müddəti 20 iyun 2021-ci il tarixdə bitmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X12 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-in: 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır (İXM-in 12.1-ci maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Hazırki iş üzrə vəzifəli şəxs kimi X20 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları təsbit olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsi inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman bu halı nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, X20 tərəfindən işəgötürən kimi işçi X8 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X18 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X20 22 avqust 2022-ci il tarixdən 10 may 2024-cü il tarixədək ölkə ərazisində olmamışdır. Bu hal müfəttişlik tərəfindən araşdırılmamışdır. X18 vəzifəli şəxs kimi X12 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X12 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X20 tərəfindən işəgötürən kimi işçi X8 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X18 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X18 vəzifəli şəxs kimi X12 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə X12 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin üzərinə düşür. Qeyd edilən orqan X12 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə nəticəyə gələrkən Bakı şəhəri Binəqədi Rayon Prokurluğundan faktla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə işin araşdırılması üçün qərar daxil olan zaman X15 məlumat verilməli, o izahat verməsi üçün çağrılmalı, X12 iştirakı təmin olunaraq araşdırma aparılmalı idi. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X20 tərəfindən X8 əmək müqaviləsi olmadan işlərə cəlb etməsi ilə bağlı hər hansı hüquqlarının pozulması qənaətinə gəldiyi halda, bu mövqeyini sübutlarla əsaslandırmalı idi. Lakin qeyd edilən orqan yalnız ehtimallara əsaslanaraq X16 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin olunsun və həmin qərar ləğv edilsin. Qərarın surəti yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1637/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1637/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver