Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1640/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X7 nümayəndəsi (vəkili) Faiq Nağıyev və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 01 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X7 X6 Xidmətinin Bakı şəhər idarəsinin 01 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 may 2025-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Əmək Müfəttişliyi hesab etmişdir ki, X2 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a" bəndi ilə xitam veriləndə, həmin Məcəllənin 83.4-cü maddəsinin tələbləri pozularaq, son haqq-hesab gecikdirilərək xx.xx.2025ci il tarixdə ödənilmişdir. Hesab edilir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. X5 ilə “X11 İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş qrafiki olmuş (həftənin beş günü iş saatı 10:00-18:00, nahar vaxtı 13:00-14:00, şənbə günü 10:00-16:00) və əməyinin ödənilməsi forması vaxtamuzd olmaqla, 1526.86 manat əmək haqqı ilə şirkətdə tikintidə usta vəzifəsində xx.xx.2024-cü il tarixdən işə başlamışdır. Daha sonra, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X3 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilsə də, son haqq-hesab ona xx.xx.2025-ci il tarixdə ödənilməsinin əsas səbəbi ondan ibarətdir ki, şirkətin hesabında həmin gün vəsait olmadığı üçün yalnız xx.xx.2025-ci il tarixdə şirkət tərəfindən ödənişin həyata keçirilməsinə müvəffəq olunmuşdur. Eyni zamanda, işçiyə son haqq-hesabın 2 gün gecikmə ilə ödənilməsinin səbəbi, həmin vaxt Ramazan Bayramı ilə əlaqədar iş günü olmadığına təsadüf etmişdir. Bu səbəbdən hesab edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X12 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında 01 may 2025ci il tarixli MN ******* saylı qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, qərar onlara xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə təqdim olunub bu səbəbdən tərəfindən prosessual müddət ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Məhkəməyə zəruri sənədləri təqdim edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat cərimə edilmişdir. Əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 “X11 İnşaat” MMC-də usta vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 9.18 №-li Əmrdən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verlmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X5 “X11 İnşaat” MMC-də əmək müqaviləsi əsasında usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə işçinin əmək müqaviləsinə müvafiq əmrlə xitam verilmiş, lakin Cəmiyyətin balansında həmin gün vəsait olmadığından R.Nağıyevə ödəniş etmək mümkün olmamışdır. Müvafiq vəsait “X11 İnşaat” MMC-nin hesabına xx.xx.2025-ci il tarixdə köçürüldükdən sonra dərhal X1 haqq-hesab ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmədə Rüfət Nağıyevə ödənilməli olan son haqq-hesabın qərəzli olaraq ödənilməməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 01 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 (min iki yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 01 may 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1640/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1640/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver