Məhkəmə qərarları › İş №3(005)-1643/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1643/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1643/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Bakı şəhəri BPİ-nin DYPİ-nin inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,xx.xx.2020-ci il tarixdə, saat 12:18 radələrində, Arif Həydərov küçəsində (Funda klinikasının yanı), ona məxsus olan Toyota Prius markalı 99PB230 dövlət qeydiyyat nişanlı avtomobili ilə həyətdən çıxan zaman, onu YPX baş inspektor polis leytenantı X3 tərəfindən "saxla əmri verərək" saxlayıb, barəsində 327.4 maddəsi ilə protokol tərtib etmişdir. (Yəni bir tərəfli yolda müəyyən edilmiş hərəkətin əksinə hərəkət etmək). Qeyd edir ki, həmin küçədə həyətdən çıxan yerdə heç bir nişan “birtərəfli yol” olduğunu bildirmir. Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol bir çox qanun pozuntuları ilə tərtib olunmuş və əsassızdır. Belə ki, həmin ərazidə yol nişanlanma qaydası düzgün həyata keçirilməyib, həyətdən əsas yola çıxan yerdə heç bir nişan yoxdur və o, qeyd edilən küçəni birtərəfli olmasını heç cürə müəyyən edə bilməzdi. Həmçinin bu məsələ ilə bağlı inspektora etirazını bildirsə də, polis nəfəri tərəfindən heç bir hərəkət edilməyib və barəsində qanunsuz protokol tərtib edilib. xx.xx.2020-ci il tarixində məhkəmənin qərardadı ilə sənədlər geri qaytarılıb ki, qərar əlavə etməmişdir. xx.xx.2020-ci il tarixində qərarı Nərimanov rayon DYP-dan götürmüşəm. Hal-hazırda bütün sənədləri toplayıb təkrarən müraciət edir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmədən barəsində tərtib edilmiş TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan məlum olur ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.4 maddəsinə əsasən inzibati qaydada 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində həmin tarixdə saat 12:18-də idarə etdiyi "Toyota Prius” minik markalı **- PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə halına yol verilmiş və bu səbəblə də barəsində Azərbaycan Respublikası İXM-nin 327.4 maddəsinə əsasən inzibati qaydada 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə SUBARU FORESTER” minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 "Toyota Prius” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə halına yol vermişdir. Qeyd olunan pozuntu ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsi ilə TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar