Məhkəmə qərarları › İş №3(005)-1648/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1648/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1648/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol nəqiliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis mayoru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Nərimanov Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol nəqiliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X3 məxsus Hyundai minik markalı avtomobilə 620 (altı yüz iyirmi) manat ziyan vurmuşdur. Bununla da o, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Nərimanov Rayonu Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin Yol nəqiliyyat hadisələri üzrə şöbəsinin inspektoru polis mayoru X2 tərtib etmiş olduğu protokola uyğun ifadə verərək müfaviq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində protokol tərtib olunmuş şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, etibarnamə ilə idarə etmiş olduğu Merdeces markalı, **-XT-*** dövlət qeydiyyat nişnalı avtomibil ilə hərəkətdə olarkən Nərimanov rayon Heydər Əliyev prospekti ilə hərəkətdə olan Hyundai GTC markalı **-NU- *** dövlət qeydiyyat nişanlı avtomobil gözləmədiyi anda qarşısında dayanmış o, əyləci basmış lakin avtomobilin qarşı hissəsi həmin avtomobilin arxa hissəsinə dəymişdir. Bildirmişdir ki, nəqliyyat vasitələrini idarə etməsi ilə bağlı olan sürücülük vəsiqəsinin vaxtının keçməsi ilə bağlı qurumlara müraciət edərək yeniləmək istəmiş amma müxtəlif səbəblərdən mümkün olmamışdır. Əməlindən peşman olmasını və ikinic qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, AB seriyalı 737420 nömrəli sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixədək etibarlıdır. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon Şöbəsi tərəfindən təqdim edilən 013566 saylı vəsiqədən görünür ki, Şəxs ikinci qrup əlildir. İXM-nin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar