Məhkəmə qərarları › İş №3(005)-1649/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1649/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1649/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin nümayəndəsi polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yardımlı rayonunun Ostayır kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş 24 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:40 radələrində Ə.Rəcəbli küçəsində “Extra” klubunun qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 məhkəmə iclasında protokola uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 04:40-da inzibati ərazidə xidmət aparan polis əməkdaşlarına vətəndaşlar klubda bir nəfər qadının döyülərək zorla aparılması barədə məlumat vermişlər. Polis əməkdaşları otelin qarşısında məlumat verilən “Tofaş” markalı avtomobilə yaxınlaşmışlar. Bu zaman polis əməkdaşları özlərini təqdim edərək avtomobilin arxa qapısını açan zaman bir nəfər qadın yüksəs səslə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamış və diqqəti özünə çəkmək istəmişdir. Daha sonra həmin qadın polis əməkdaşlarının formasına əl atmış cırmağa çalışmışdır. Bu zaman qadın polis əməkdaşlarının xidməti avtomobilinə əyləşdirilərək polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin qadın özünü qeyri-adekvat aparmış və polis əməkdaşına aid telefonu divara çırparaq sındırmışdır. Daha sonra qadının şəxsiyyəti müəyyənləşdirilmiş və Şəxs olması müəyyən edilmişdir. Şəxs barəsində protokol tərtib edilmişdir. Yekunda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hadisə zamanı içkili olduğundan heç nə xatırlamır. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 04:40-da inzibati ərazidə xidmət aparan polis əməkdaşlarına vətəndaşlar klubda bir nəfər qadının döyülərək zorla aparılması barədə məlumat vermişlər. Polis əməkdaşları otelin qarşısında məlumat verilən “Tofaş” markalı avtomobilə yaxınlaşmışlar. Bu zaman polis əməkdaşları özlərini təqdim edərək avtomobilin arxa qapısını açan zaman bir nəfər qadın yüksəs səslə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamış və diqqəti özünə çəkmək istəmişdir. Daha sonra həmin qadın polis əməkdaşlarının formasına əl atmış cırmağa çalışmışdır. Bu zaman qadın polis əməkdaşlarının xidməti avtomobilinə əyləşdirilərək polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin qadın özünü qeyri-adekvat aparmış və polis əməkdaşına aid telefonu divara çırparaq sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X9 iş üzrə şahid Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Şəxs ilə klubda tanış olmuşdur. Şəxs içkili olduğundan halı pisləşmişdir. O da Şəxs sakitləşdirmək üçün klubdan çıxarmışdır. Daha sonra Şəxs yola salmaq üçün taksi çağırmaq istəmişdir. Səs-küy yaranmasını istəməmişdir. Bu məqsədlə də Şəxs yola salmaq üçün otelin qabağına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Klubun qarşısında bir xanımla bəy dayanmışdır. İdarə etdiyi avtomobilə minərək otelə doğru irəliləməsini xahiş etmişlər. Qadın özünü pis hiss etdiyini bildirmiş və havası çatmadığnı görmüşlər. Buna görə də pəncərələri açmışlar. Həmin zaman qadın içkili olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar