Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-165/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ARDNŞ-nin Şəxs nümayəndəsi X1 iştirakı ilə, ARDNŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ARDNŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-2594/21 nömrəli, 06 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “AR DNŞ-nın ”X7” Trestinin ünvanına Ukraynadan 60151412, 60832409, 56716608 nömrəli vaqonlar ilə daxil olmuş yüklərin **********1714, **********1912, **********1910 sorğu nömrəli, 10.12.2021-ci il və tarixli Gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsindən olmuş 34/012/032381 nömrəli 15.12.2021-ci il tarixli, 34/012/032370 nömrəli 15.12.2021-ci il tarixli və 34/012/032372 nömrəli 15.12.2021-ci il tarixli raportlara əsasən “AR DNŞ-nın “X7” Trestinin ünvanına 60151412, 60832409, 56716608 nömrəli vaqonlar ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 2433 nömrəli qatara aid olan 60151412, 60832409, 56716608 nömrəli vaqonlar ilə “X8” şirkətindən “AR DNŞ-nın “X7” Trestinin ünvanına göndərilən mallar 06.12.2021-ci il tarixdə saat 01:41, saat 01:48 və saat 01:50 radələrində Qərb Ərazi Baş Gömrük idarəsinin “Böyük kəsik" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “AR DNŞ-nın Şəxs ünvanına 2433 nömrəli qatara aid olan 60151412, 60832409, 56716608 nömrəli vaqonlar ilə “X9" şirkətindən" göndərilmiş mallara dair **********5341, **********5353, **********5343 sorğu nömrəli qısa idxal bəyannamələri mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra 08.12.2021-ci il tarixdə saat 19:15-də, 19:20-də və 19:36-da elektron qaydada gömrük orqanlarına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ARDNŞ-nin Şəxs nümayəndəsi X3 məhkəməyə etiraz təqdim etməklə izahatında göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavini tərəfindən Şəxs (bundan sonra Trest) barəsində 06 yanvar 2022-ci il tarixdə İnzibati xəta haqqında protokol tərtib edərək, məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Nərimanov rayon məhkəməsinə təqdim etmişdir. Protokola əsasən Trest tərəfindən idxal zamanı Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulduğu hesab edilərək, Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi qənaətinə gəlinmişdir. Adı çəkilən protokol əsasında inzibati xəta haqqında iş Nərimanov rayon Məhkəməsinin icraatında baxılır. Qeyd olunan xətanı törətməklə bağlı Şəxsnə protokol tərtib edilmişdir ona görə ki, onun ünvanına Ukraynadan göndərilmiş vaqonla daxil olmuş yükləri barəsində bəyənnamə 10.12.2021-ci il tarixli Gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi halda həmin yükün ölkə ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa bəyannaməsi təqdim edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokol əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ölkə ərazisinə gətirilən yüklər barəsində gömrük orqanlarına təqdim edilməsi tələb olunan “elektron formada qısa bəyənnamə”nin verilməsi üçün həmin yükün göndərilməsi barədə məlumata malik olmaq lazımdır. Lakin protokolda adı çəkilən Trestin ünvanına göndərilmiş vaqon barəsində əvvəlcədən məlumat verilməmişdir. Həmin yük Azərbaycan Respublikası gömrük ərazisinə göydən düşməmiş, 31.10.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçməklə daxil olmuşdur. Belə olan halda yük barəsində məlumat vermə vəzifəsi də onlara aid idi. Lakin bu barədə “yük ünvanına göndərilmiş” Trestə məlumat verilməmiş, sonuncu bu barədə yüklər gömrük ərazisinə daxil olandan sonra bilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 113.1-ci maddəsində nəzərdə tutulmuş “malların gömrük ərazisinə gətirilməmişdən əvvəl elektron formasında qısa bəyənnamə”nin verilməsi tələbinin təmin edilməsi mümkün olmamışdır. Bu baxımdan da hesab edilməlidir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də hazırkı inzibati xəta haqqında protokolda bağlı Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavininin mövqeyi və bundan irəli gəlmiş hərəkətləri düzgün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ARDNŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 00100-2594/21 nömrəli, 06 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, ARDNŞnin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 15.12.2021-ci il tarixli raporta əsasən ARDNŞ-nin Şəxs ünvanına gələn 06.12.2021-ci il tarixində 56716608 nömrəli dəmiryolu vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********1912 nömrəli GB ilə bəyan olunan yüklər üçün QİB tərtib edilməmişdir. İş materiallarında olan, Gömrük Xidmətinin X2 sistemindən çıxarışdan görünür ki, 06.12.2021-ci il tarixdə 60151412, 60832409 və 56716608 nömrəli vaqonlar Böyük Kəsik gömrük postundan ölkəyə daxil olmuşlar. İş materiallarında olan Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********5353 nömrəli qısa idxal bəyannaməsi ARDNŞ-nin Şəxs tərəfindən 08.12.2021-ci il tarixdə, saat 19:36:44-də gömrük xidmətinə elektron qaydada göndərilmişdir. İş materiallarında olan, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 15.12.2021-ci il tarixli raportdan görünür ki, ARDNŞ-nin Şəxs adından 60832409 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********1910 nömrəli GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. İş materiallarında olan Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********5343 nömrəli qısa idxal bəyannaməsi ARDNŞ-nin Şəxs tərəfindən 08.12.2021-ci il tarixdə, saat 19:20-də gömrük xidmətinə elektron qaydada göndərilmişdir. İş materiallarında olan, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 15.12.2021-ci il tarixli raportdan görünür ki, ARDNŞ-nin Şəxs ünvanına 60151412 nömrə nişanlı yük nəqliyyat vasitələrində daxil olmuş yüklər **********1714 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün **********1714 saylı bəyannaməninin 40-cı qrafasında qeyd edilməmişdir. İş materiallarında olan Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********5343 nömrəli qısa idxal bəyannaməsi ARDNŞ-nin Şəxs tərəfindən 08.12.2021-ci il tarixdə, saat 19:15-də gömrük xidmətinə elektron qaydada göndərilmişdir. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 21.12.2021-ci il tarixli raportlardan görünür ki, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/032370 nömrəli 15.12.2021-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, ARDNŞ-nın Şəxs (VÖEN:**********) ünvanına Ukraynadan 56716608 nömrəli vaqon ilə “X9” şirkətindən göndərilmiş və Bakı Baş Gömrük idarəsində **********1912 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. X5 və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/032372 nömrəli, 15.12.2021-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, AR DNŞ-nın Şəxs (VÖEN:**********) ünvanına Ukraynadan 60832409 nömrəli vaqon ilə “X9” şirkətindən göndərilmiş və Bakı Baş Gömrük idarəsində **********1910 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. X5 və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/032381 nömrəli 15.12.2021-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, ARDNŞ-nın Şəxs (VÖEN:**********) ünvanına Ukraynadan 60151412 nömrəli vaqon ilə “X9” şirkətindən göndərilmiş və Bakı Baş Gömrük İdarəsində **********1714 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş mallara dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Araşdırma zamanı Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, raportların hər birində qeyd olunan Ukraynadan 2433 nömrəli qatara aid olan 60151412, 60832409 və 56716608 nömrəli vaqonlar ilə “X9” şirkətindən “ARDNŞ-nın Şəxs ünvanına göndərilən mallar 06.12.2021-ci il tarixdə saat 01:41, saat 01:48 və saat 01:50 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, ARDNŞ-nin Şəxs qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda, buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ARDNŞ-nin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-165/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-165/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver