Məhkəmə qərarları › İş №3(005)-165/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-165/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-165/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.3.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində İXM-in 253.3.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında tikinti ərazisində üç ədəd köküstə yaş ağacın kökündən çıxarılaraq götürülməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3384/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “X14” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsinin təykibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2937/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İnzibati xətaya dair protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakiminin 3(005)-3384/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərarının inzibati xətaya dair protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə izahatında göstərdi ki, protokol əsassızdır. Belə ki, MMC tərəfindən tikinti aparılan ərazidəki ağaclar mühafizə olunur. Tikinti işləri başlamazdan əvvəl Ekologiya Nazirliyinin ekspertləri tərəfindən əraziyə baxış keçirilmiş və 24 ağac, əlavə olaraq 6 çinar ağacı qeydə alınmışdır. Həmin ağaclar MMC tərəfindən hazırda da mühafizə olunmaqdadır. Protokolda qeyd edilən 3 ağacın kim tərəfindən kəsilməsi məlum deyil və həmin ağaclar MMC-yə akt üzrə təhvil verilməmişdir. Bu hallara görə Şəxs MMC məsuliyyət daşımamalıdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, ünvan 1 ünvanında tikinti ərazisində üç ədəd köküstə yaş ağacın kökündən çıxarılaraq götürülməsinə dair vətəndaş X5 şikayəti daxil olmuşdur. Həmin şikayət əsasında 3 ağaca dair araşdırma aparılmış və protokol vətəndaşın ərizəsi ilə müraciətindən sonra tərtib edilmişdir. Vətəndaşın ərizəsindən başqa ağacların MMC tərəfindən ağacların çıxarılmasına dair sübutları yoxdur. Vətəndaşın şirkətlə qərəzi də ola bilər. Məhkəmə işdə iştirak edən şəxslərin çıxışını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən hüquqi şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 21 iyul 2022-ci il tarixli, BER-22/134 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olmasını, layihəyə əsasən ərazidə normativ tələblərə müvafiq qaydada yaşıllıqlar salınacağını nəzərə alaraq “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən layihə sənədini razılaşdırır. Eyni zamanda bildirir ki, baş plan üzrə tikintisi nəzərdə tutulmuş 1 və 2 saylı yaşayış binalarının arasında - Mayakovski küçəsinə perependikulyar istiqamətdə 2 ədəd və ərazinin məhəlldaxili yol ilə həmsərhəd hissəsində 4 ədəd çinar ağaclarının (cəmi 6 ədəd) tam mühafizəsinin təmin olunması, onların maşın və mexanizmlərin istifadəsi zamanı zədələndirilməsi hallarına yol verilməməlidir. İnşaat işləri başa çatdıqdan ərazidə Baş plan üzrə müəyyən olunmuş yaşıllaşdırma işlərinin yerinə yetirilməsi məqsədilə əsasən yerli mühitə uyğun ağac və kol bitkilərinin əkilməsi təmin edilməlidir. İş materiallarında olan Şəxs MMC-nin tikinti sahəsində aparılan yoxlama zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli, baxış aktından görünür ki, ünvan 1 ünvanında Şəxs MMC tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış binalarının layihəsinə dair 21 iyul 2022-ci il tarixli, BER-22/134 nömrəli X6 rəyinin icrası ilə əlaqədar tikinti ərazisindəki ağacların qorunub mühafizə olunmasına nəzarət məqsədilə qeydiyyatının aparılması üçün yerində baxış keçirildi. Baxış zamanı icarə qaydasında Bakı şəhər icra Hakimiyyəti Başçısının 07 iyul 2021-ci il tarixli 163 saylı sərəncamına əsasən ayrılmış ümumi sahəsi 1,1520 ha torpaq sahəsinin perimetr boyu hasara alındığı və ərazidə olan 1-2 mərtəbəli fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi işlərin başlandığı müəyyən edildi. Ekspertiza rəyinə əsasən məhəllədaxili statusa malik, əsasən tut, ayland, qovaq, iynəyarpaqlı və dekorativ ağac cinslərinə məxsus 24 ədəd ağacın tikinti altına düşməsi müəyyənləşdirilmiş, bundan başqa Mayakovski küçəsinə perpendikulyar istiqamətdə 2 ədəd və ərazinin məhəllədaxili yol ilə həmsərhəd hissəsində isə 4 ədəd olmaqla ümumilikdə 6 ədəd çinar ağaclarının qorunub mühafizə olunmasının təmin edilməsi tapşırılmışdır. Baxış zamanı sözügedən ərazidə köküstə yaş bioloji inkişafda olan 6 ədəd çinar, 7 ədəd ayland, 1 ədəd tut, 3 ədəd sərv, 1 ədəd şam, yanaşı əkilmiş 1 ədəd ayland və 1 ədəd tut, 1 ədəd lüqüstr, 2 ədəd dağağacı, 1 ədəd qovaq, 1 ədəd armud, 1 ədəd bir kökdən altıgözdəli dəfnə, 1 ədəd bir kökdən iki gövdəli ayland, 1 ədəd 1 kökdən üç gövdəli ayland, 1 ədəd bir kökdən beş gövdəli ayland, 1 ədəd 1 kökdən altı gövdəli tut olmaqla ümumilikdə 30 ədəd və qurumuş vəziyyətdə isə 1 ədəd qovaq ağacı müəyyən edilərək qeydiyyata alındı. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X3, məsləhətçi G.Ə.Eminov, məsləhətçi müfəttiş C.Q.Bəşirov tərəfindən tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli, 76032 saylı Aktdan görünür ki, 10-12 oktyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında tikinti ərazisində yerləşən Şəxsnə məxsus tikinti ərazisində yoxlama aparılarkən aşağıdakilər aşkar edildi: İdarənin xx.xx.2022-ci il tarixli 151 saylı Sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu, Mayakovski 7 ünvanında Şəxs MMC tərəfindən ağacların kəsilərək məhv edilməsi barədə vətəndaş X9 tərəfindən Nazirliyin elektron poçt ünvanına ünvanlanmış xx.xx.2022-ci il tarixli 521 qeydiyyat nömrəli müraciət şikayətçinin iştirakı ilə yerində araşdırılaraq əraziyə baxış keçirildi. Araşdırma zamanı ünvan 3 ünvanında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 163 saylı Sərəncamına əsasən tikinti sahəsi 1.1520 ha torpaq sahəsinin icarə qaydasında yeni yaşayış binaları tikintisi məqsədilə Şəxs MMC-nin (VÖEN-**********) istifadəsinə ayrılaraq, həmçinin dövlət X2 tərəfindən tikinti layihə sənədlərinə 21 iyul 2022-ci il tarixli, BER-22 (134 nömrəli X6 rəyi verildiyi müəyyən edilmişdir. Layihə sənədləri və ekspertiza rəyinə əsasən sözügedən torpaq sahəsində vətəndaşlara məxsus 1-2 mərtəbəli fərdi yaşayış evləri mövcuddur. O cümlədən ərazidə məhəllədaxili statuslu və vətəndaşlara məxsus, onlar tərəfindən əkilmiş fərdi mülkiyyətə aid həyətyanı yaşıllıqlar vardır. Hasara alınmış tikinti ərazisinə baxış zamanı fərdi evlərin bir qisminin söküldüyü və söküntü işlərinin davam etdiyi müşahidə edildi. Araşdırma ilə əlaqədar şikayətçi Cəlil Rəşidov yazılı izahat verərək ərazidəki yaşıllıqların söküntüdən əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər təqdim etmiş və müvafiq olaraq araşdırma aparılmasını xahiş etmişdir. Təqdim edilmiş fotoşəkillərlə ərazinin indiki vəziyyətinin müqayisəsi zamanı ərazidə mövcud olmuş 3 (üç) ədəd ağacların götürüldüyü müəyyən edildi. Ağaclar kökündən çıxarılaraq götürüldüyündən təqdim edilmiş fotoşəkillər əsasında cinsini, diametrini müəyyən etmək və dəymiş ziyanı hesablamaq olmadı. Araşdırmada iştirak edən Şəxs MMC-nin direktoru X7 yazılı izahat verərək tikinti layihə sənədlərinə X6 Ağentliyi tərəfindən rəydə tikinti altına düşən məhəllədaxili yaşıllıqların qeydiyyata alındığını və həmin yaşıllıqların toxunulmaz qaldığını, lakin fərdi həyətyanı sahələrdə vətəndaşlar tərəfindən əkilmiş, onların xüsusi mülkiyyətində olan və tikinti altına düşməsi müəyyənləşdirilmiş yaşıllıqların vətəndaşların özləri tərəfindən çıxarılaraq onlara məxsus digər ərazilərə əkilməsi istisna edilmədiyindən qeyd etdiyini əsas götürərək vətəndaşlar tərəfindən onlara məxsus ağacların çıxarılaraq aparıldığını qeyd edərək, şikayətçinin təqdim etdiyi fotoşəkillərə əsasən götürüldüyü müəyyən edilmiş həmin ağacların vətəndaşların fərdi evlərinin həyətində və onların xüsusi mülkiyyətində olan yaşıllıqlar olduğunu və həmin yaşıllıqların cinsi və növü barədə məlumatlarının olmadığını bildirmişdir. X6 rəyi, izahatlar və ərazidən çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında tikinti işlərinə başlamazdan əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 21 iyul 2022ci il tarixli, BER-22/134 nömrəli ekoloji ekspertiza rəyi verilmişdir. Həmçinin 30 sentyabr 2022-ci il tarixli, baxış keçirilmiş və akt tərtib edilmişdir. Akta əsasən 24 ədəd ağacın tikinti altına düşməsi müəyyənləşdirilmiş, bundan başqa Mayakovski küçəsinə perpendikulyar istiqamətdə 2 ədəd və ərazinin məhəllədaxili yol ilə həmsərhəd hissəsində isə 4 ədəd olmaqla ümumilikdə 6 ədəd çinar ağaclarının qorunub mühafizə olunmasının təmin edilməsi tapşırılmışdır. Baxış zamanı sözügedən ərazidə köküstə yaş bioloji inkişafda olan 6 ədəd çinar, 7 ədəd ayland, 1 ədəd tut, 3 ədəd sərv, 1 ədəd şam, yanaşı əkilmiş 1 ədəd ayland və 1 ədəd tut, 1 ədəd lüqüstr, 2 ədəd dağağacı, 1 ədəd qovaq, 1 ədəd armud, 1 ədəd bir kökdən altıgözdəli dəfnə, 1 ədəd bir kökdən iki gövdəli ayland, 1 ədəd 1 kökdən üç gövdəli ayland, 1 ədəd bir kökdən beş gövdəli ayland, 1 ədəd 1 kökdən altı gövdəli tut olmaqla ümumilikdə 30 ədəd və qurumuş vəziyyətdə isə 1 ədəd qovaq ağacı müəyyən edilərək qeydiyyata alınmışdır. Qeyd edilən ağaclar MMC tərəfindən mühafizə olunmuşdur. MN seriyalı ******* nömrəli, 12 oktyabr 2022-ci il tarixli protokolda göstərilən ağaclara münasibətdə isə məhkəmə araşdırılması zamanı həmin ağacların kim tərəfindən və nə zaman məhv edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, təqdim edilmiş materiallardan həmin ağacların nə zaman kəsildiyi müəyyən edilmir ki, bu isə ümumiyyətlə MMC-nin sözügedən inzibati xətaya aidiyyətini şübhə altına alır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın diqqətinə çatdırır ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə zəruri sübutların təqdim edilməsi barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin zədələnməsi və ya məhv edilməsi, habelə qanunsuz kəsilməsi inzibati məsuliyyət yaradır. Hazırki halda isə aparılmış araşdırma üzrə aşkar edilmiş və toplanmış sübutlarda həmin ərazinin yaşıllıq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi mümkün deyildir. Belə olan halda isə “X15” MMC-nin əməlində qeyd olunan inzibati xəta tərkibinin olması şübhə doğurur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə -fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir.253.2. Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə -fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 253.3. Eyni inzibati xəta: 253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X6sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X6sının obyekti olan və X6sının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar