Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1656/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, şikayətçi X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN seriyalı ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı şikayət verən şəxsin şikayətlə birlikdə iş materiallarına zəruri sənədləri əlavə etmədiyindən inzibati xəta hadisəsinin hansı ünvanda və ya ərazidə törədildiyi müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin şikayətçi şikayət ərizəsinə qeydiyyatı üzrə baxılması ilə bağlı vəsatəti də ərizəyə əlavə etməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqa zidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. İnzibati xətalar qanunvericiliyində prokurorun bəzi kateqoriya inzibati xətalara dair işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etməsi və İXM-in 102.2ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün qərarı hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməsi nəzərdə tutulmuş və prokurorun qərarı (və ya inzibati protokol) inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti - inzibati xətaya dair işə baxılması mərhələsində vacib prosessual sənəddir. Lakin həmin Məcəllənin 100.1.4-cü maddəsinə müvafiq olaraq inzibati xətanın törədildiyi yerin müəyyən edilərək qərarda düzgün əks etdirilməsi gələcəkdə baxılacaq inzibati xətaya dair işin ərazi üzrə aidiyyəti məsələsinin qanuniliyini şərtləndirən həlledici hal kimi çıxış etməsi də məhkəmələr tərəfindən düzgün dəyərləndirilməlidir. Beləliklə, əmək hüquqları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə, yəni hüquqi şəxsin hüquqi qeydiyyat ünvanı üzrə baxılmalıdır. X3 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" MMC-nin vəzifəli şəxsi kimi inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu zaman şəxs əmək hüquqları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi yer üzrə, yəni hüquqi şəxsin hüquqi qeydiyyat ünvanı üzrə məhkəməyə müraciət etməli olduğu halda Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, şikayətə bu məhkəmədə baxılması ilə bağlı hər hansı vəsatət təqdim etməmişdir. Bu hal isə öz növbəsində mübahisələndirdiyi məsələ ilə bağlı hansı məhkəməyə müraciət etmək istəməsində şübhə yaratmışdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 15 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1656/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1656/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver