Məhkəmə qərarları › İş №3(005)-1667/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1667/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1667/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-cü maddəsi ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokurorluğundan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 may 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, X7 texniki təhlükəsizlik qaydalarını pozaraq xx.xx.2022ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Şəxsndə boya qablarını yuyan zaman potensial sürüşüb-yıxılma təhlükəli, yəni döşəməsi sürüşkən olan sahədə öz boyu hündürlüyündən yıxılması nəticəsində X2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X4 Şəxs MMC-də əmək müqaviləsi əsasında fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, laboratiyada olan zaman ona X2 yıxıldığı məlumat verilmişdir və o da dərhal ora getmişdir. Bu zaman X2 əlindən qan axdığını görmüşdür. İlkin yardım olaraq X2 əlini sarımışlar və daha sonra direktor Şəhriyar Əliyev onu xəstəxanaya aparmışdır. Odur ki, barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Nərimanov rayon prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X8 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 67/KEŞ nörməli rəyində qeyd edilmişdir ki, X2 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, onun sağ əlinin ovuc səthində çapılmış didilmiş yaranın olduğu qeyd edilmişdir. Qeyd olunan travmatik xəsarətin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə iş yerində öz boyu hündürlüyündən yıxılması nəticəsində sağ əlin ovuc səthinin küt-tinli əşyaya təmas etməsi ilə əlaqədar əmələ gəlməsi istisna edilmir. Bu da sağlamlığa zərərvurmanın dərəcəsinə görə sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilir. Aərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2023-cü il tarixli, 10/1264 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül Şossesi 2096 ünvanında yerləşən Şəxs MMC-yə məxsus boya istehsalı müəssisəsində işçinin sürüşməyən ayaq geyimindən istifadə etmədən potensial sürüşübyıxılma təhlükəli, yəni döşəməsi sürüşkən olan sahəyə keçməsi baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin və Şəxs MMC-də “Baş ustanın Vəzifə Təlimatı”nın “Səlahiyyətləri” başlığının 5-ci bəndinin tələbləri pozulmuşdur. İş yerində işçilərin texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət etmələrinə nəzarət etmədiyinə görə, vəzifə təlimatının “Səlahiyyətləri” başlığının 5-ci bəndinin tələbləri Şəxs MMC-də baş usta vəzifəsində işləyən X7 tərəfindən pozulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Şəxs MMC-nin baş direktoru X6 tərəfindən normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. “Cinayət işinin balanmasının rədd edilməsi haqqında” 01 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-də usta vəzifəsində işləyən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X3 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tuutlmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 02 may 2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, X7 həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar