Məhkəmə qərarları › İş №3(005)-1670/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1670/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1670/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsitərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə o, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. 11 saylı RETSİ-nin 17 dekabr 2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassızdır, aşağıdakı qeyd olunan səbəblərdən ləğv edilməli, əməldə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. İlk növbdə barəsində İdarə tərəfindən qəbul edilmiş qərardan onun xəbəri olmayıb və qərar ona göndərilməmişdir. Qərarın surəti o, yalnız 11 saylı RETSİ-yə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2025-ci il tarixində ona İdarədə təqdim olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, Nərimanov rayonu, Araz küçəsi Bakı Elektriktökmə ASC-nin tərkibində fəaliyyət göstərən alüminum əritmə sexinin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilən hədd normasından artıq olması, qaz-toz tutucu qurğunun olmaması. Qeyd olunanlar tamamilə əsassızdır və həqiqətə uyğun deyildir, mənim tərəfindən həmin ünvanda heç bir inzibati xəta törədilməyib və bu hər hansı bir vasitə ilə sübut edilmir. 11 saylı RETSİ onu İXM-nin 233.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə, yəni guya ki fəaliyyət zamanı atmosferə normadan çox zərərli maddə atdığına görə cərimələyiblər ki, bunu da o tamamilə əsassız hesab edir. Ona görə ki, onun təqsirli hesab edildiyi maddədə normadan çox olması yalnız xüsusi texniki vasitə ilə müəyyən etmək mümkündür və 11 saylı RETSİ tərəfindən həmin ünvanda heç bir monitorinq (və ya ölçü) aparılmayıb. 11 saylı RETSİ-nin onun barəsində tərtib etdikləri protokolda zərərli maddələrin normativlərdən artıq olması hər hansı bir xüsusi texniki vasitə ilə aşkar olunmayıb, bununla bağlı İdarə əməkdaşları həmin ünvanda heç bir araşdırma aparmayıb, qeyd olunanları təsdiq edəcək akt (sənəd) onun iştirakı ilə tərtib olunmayıb və onun tərəfindən imzalanmayıb, zərəli maddələrin normadan artıq olması heç nə ilə müəyyən olunmur. 11 saylı RETSİ tərəfindən barəmdə tərtib olunmuş protokol, akt və qərarda isə ümumiyyətlə atmosfer havasına zərərli maddələrin hansı mənbədən atıldığı belə müəyyən olunmayıb və həmin tullantıların nədən yarandığı bilinmir. ETSN-nin iki əməkdaşı tərəfindən öz aralarında formal olaraq tərtib edilərək imzalanmış aktda qeyd olunmuşdur ki, guya həmin vaxt əraziyə baxış keçirilən zamanı cihazla ölçü aparıblar və atmosfer havasına atılan zərərli maddələri təyin etmək məqsədilə obyekt fəaliyyətdə olduğu zaman səyyar Ankat cihazı vasitəsilə ölçmə-analiz işləri aparılmış və nəticə ətraf mühit üçün yol verilən qatılıq həddindən yüksək olmuş, eyni zamanda qurğu olmamışdır. Məlumat üçün bildiririrəm ki, həmin vaxt, nədə ki ondan sonrakı dövrdə, obyektdə ETSN tərəfindən heç bir monitorinq və ya ölçmə işləri aparılmamışdır. Ümumiyyətlə bildirir ki, dekabr ayında 2 nəfər şəxs obyektə yaxınlaşmış və Ekologiya Nazirliyindən gəldiklərini bildirmiş, sonra isə fəhlələrrlə söhbət etdikdən sonra heç bir pozuntu olmadığını bildirərək çıxıb getmişlər. Həmin vaxt əllərində heç bir cihaz olmadığı halda, heç bir ölçmə işləri aparmadıqları halda, heç bir sənəd, akt və ya protokol tərtib etmədikləri halda sonradan məni cərimə etmişlər və mənim də bütün bunlardan heç bir xəbəri olmamışdır. Həmin ünvanda Bakı Elektriktökmə ASC-nin ərazisində çoxlu istehsal obyektləri fəaliyyət göstərirlər, ona görə də havada zərərli maddələrin normadan artıq olması heç bir halda onların müəssisələrinə aid edilə bilməz, həmin ünvanda ASC ərazisində havada zərərli maddələrin çox olmasının onlar istehsal sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, qeyd etdiyi kimi həmin ünvanda çoxlu obyektlər fəaliyyət göstərir və əgər havada zərərli maddələr varsa onlar onlar yox həmin obyektlərə aiddir. Çünki onlar həmin ünvanda icarəyə yer götürürək aliminum tulantılarının olduğu təqdirdə onları əridərək müxtəlif məhsullar istehsal edir, həmin istehsal da sifarişlərdən və materiallrın (xammalın) olmasından asılıdır, lakin onlar nəinki noyabr və dekabr aylarında, ümumiyyətlə qış aylarında heç bir sifarişləri və ya ərtimək üçün xammalı olmamış, ona görədə onlar fəaliyyət göstərməmişlər. ETSN əməkdaşları havada olan zərərli maddələrin başqa obyektə deyil, məhz onun icarəyə götürdüyü obyektə aid olduğunu necə müəyyən etmişlər? Qeyd olunanlar onu sübut edir ki, ETSN əməkdaşları heç bir araşdırma aparmamış və tərtib olunmuş bütün sənədlər formal olaraq əsassız tərtib edilmişlər. Həmin vaxt monitorinq ölçmə işləri obyektin məsul şəxsinin (yəni onun) iştirakı ilə aparılmalı idi, lakin onun iddia olunan monitorinqdən (ölçmə işlərindən) xəbəri yoxdur. Ümumiyyətlə obyektdə monitorinq keçirilməsi, barəsində protokolun tərtib olunaraq cərimə olunmağından o sonradan ona məktub daxil olduqda xəbər tutmuşdur. 03 dekabr 2024-cü il tarixində (protokolun tərtib olunduğu tarixdə) mo ümumiyyətlə Bakı şəhərində olmamış, 11 saylı RETSl-nin hər hansı bir əməkdaşı ilə görüşməmiş, İdarə əməkdaşları tərəfindən bu barədə ona hər hansı bir məlumat verilməmiş, onun iştirakı ilə protokol tərtib olunmamış, o protokola imza etməmiş, həmin protokolun surəti ona təqdim edilməmiş, hüquq və vəzifələrin ona izah olunmamış, ümumiyyətlə qanunvericilikdə nəzərdə tuttulmuş bütün hüquqları pozulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yol verilmiş digər bir qanunsuzluq isə ondan ibarətdir ki, inzibati araşdırma aparılması üçün əsas (səbəb) olmadığı halda, əsassız iddialar əsasında barəsində qanunsuz protokol yazılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Beləki, həmin vaxt Nazirlik əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, qanunsuz yoxlama aparmışlar. Göründüyü kimi protokol və digər iş materialları tamamilə əsassızdır, qərarın qəbul olunmasına əsas olan həmin protokolun nə vaxt, kim tərəfindən, harada və niyə tərtib olunması ilə bağlı mənim məlumatım yoxdur və bu əsasla da protokol və onun əsasında qəbul olunmuş qərarı tamamilə qanunsuz və əsassızdır.Qeyd olunanlardan göründüyü kimi, 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən araşdırma aparılarkən (protokol tərtib edilərkən) və vəzifəli şəxsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobudcasına pozulmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək, X4 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsitərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 2500(iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, Nərimanov rayonu, Araz küçəsi "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərən alüminium əritmə sexinin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması, qaz-toztutucu qurğunun olmaması nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 233.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regoinal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar