Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1673/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X8 Xidmətinin Bakı Ərazi İdarəsinin 06 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən barəsində 1700 manat cərimə növündə inzibati tənbehi şərti olaraq tətbiq edilmişdir. Qərarda göstərilir ki, işçi Elçin Şəmilzadənin vəzifə öhdəliklərini pozması aşkar olunduğu gündən etibarən 30 gün müddətində onun əmək müqaviləsinə xitam verilmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinin pozulmasına yol verilmişdir. Qərardan narazıdır və hesab edir ki, inzibati tənbeh əsassız və qanunsuz olaraq tətbiq edilmişdir. Şikayətinin əsasları aşağıdakılardır: Pozuntu onun rəhbərliyi dövründə baş verməmişdir. Şirkətə maddi ziyan vuran, vəzifə səlahiyyətlərindən sui-istifadə edən işçi Elçin Şəmilzadənin qanunazidd hərəkətləri 2023-cü ilin oktyabr ayında baş vermişdir və bu anbar qalıqları ilə bağlı sayım sənədləri və xx.xx.2023-cü il tarixli “HS Consulting" MMC- nin auditor hesabatı ilə təsdiqlənmişdir. Pozuntu zamanı o vəzifədə olmamışdır. Elçin Şəmilzadənin qeyd olunan dövrdə etdiyi pozuntu zamanı Şirkətin rəhbəri və qanuni təmsilçisi Tofiq Niftəliyev olmuşdur. O, isə yalnız 20 dekabr 2023-cü il tarixindən rəhbər, 27 dekabr 2023-cü ildən isə qanuni təmsilçi kimi fəaliyyətə başlamışdır. Dolayısı ilə onun 30 günlük müddətdə hər hansı tədbir görmək hüquqi imkanı olmamışdır. Çünki müddət ona kimi əvvəlki rəhbər tərəfindən ötürülmüşdür. Qanuna görə işəgötürən tərəfindən 30 gün ərzində əmək müqaviləsinə xitam verilmədikdə, cərimə sanksiyası həmin müddət ərzində qərar verə biləcək səlahiyyətli şəxsə - yəni həmin dövrdə rəhbər olan şəxsə aid edilir. Lakin barəsində tətbiq edilən cərimə əvvəlki rəhbər Tofiq Niftəliyevin fəaliyyətinə görə ona şamil edilmişdir ki, bu da hüquqi baxımdan qanunsuzdur. Odur ki, X8 Xidmətinin 06 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarım ləğv edilməsini və barəsində olan iş üzrə icraata xitam verəilməsimi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X13 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərarın ləğvi üçün əsas yoxdur. Bu səbəblə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 06 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli qərarın qüvvədə saxlanılmasını, X1 şikayət ərizəsinin təmin olunmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməyən şikayət vermiş şəxs X9 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 06 may 2025ci il tarixli, MN seriyalı 0024077nömrəli nömrəli qərarından görünür ki, vətəndaş X5 xx.xx.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozularaq xx.xx.2024-cü il tarixində həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi müəyyən edilmiş, buna görə də inzibati orqanın rəhbəri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinin tələblərini pozduğu üçün barələrində 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" ASC-nin Ümumi Yığıncağının xx.xx.2023-cü il tarixli cəmiyyətin direktoru X3 əmək müqaviləsinə xitam verilməsi və direktor müavinin təyin olunması haqqında qərardan görünür ki, Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin dirketoru X4 xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2023-cü il tarixdən X12i həmin cəmiyyətin direktor müavini təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Beləlikə, qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, müəssisənin rəhbəri tərəfindən iİntizam tənbeh, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. X2 tərəfindən qanunvericiliyin tələbləriə düzgün şəkildə riayət olunmamışdır. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1673/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1673/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver