Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1675/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Qurbanov Vüsal Rafiq oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X1 verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ilə X3 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2019cu il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materialları ilə müəyyən edilir ki, X3 tərəfindən şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin “İnzibati tənbeh vermə haqqında” qərarı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, lakin həmin qərarın barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxs tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd materiallara əlavə edilmədən şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə - xx.xx.2024-cü il tarixdə daxil olmuşdur ki, bu da verilmiş şikayətin geri qaytarılması üçün əsasdır. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir.”. İş materiallarından görünür ki, X3 ünvan 1 ünvanında yaşayır. Şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta Bakı-Ələt Yolu 64.2 km. Ələt istiqaməti 2 ərazisində baş vermişdir. Bununla yanaşı, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 müvafiq qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X1 verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1675/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1675/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver