Məhkəmə qərarları › İş №3(005)-1684/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1684/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1684/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdam şəhəri, X4 küçəsi, ev 72 ünvanında qeydiyyatda olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə eyni tarixli ******* nömrəli qərardaddan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da H.Əliyev küçəsi 103 ünvanında qonşusu X1 mübahisə zəmnində döyməsi faktına dair istintaq orqanının qərarı əsasında barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialı müvafiq qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 1684/2025 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-1454/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)- 1684/2025 nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, həmin hadisə uzun müddət bundan əvvəl 2024-cü ilin oktyabr ayında baş vermiş və hadisə zamanı o, hər hansı şəxsi, eləcə də Elnurə Həsənovanı döyməmişdir. Ona görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da H.Əliyev küçəsi 103 ünvanında qonşusu X1 mübahisə zəmnində döyməsi ilə əlaqədar istintaq orqanının qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında X2 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu vurub sağlamlığına zərər vurmayan xəsarətlər yetirməsi faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsilə tədbir görülməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin şəxs barəsində cinayət təqibinin rədd edilməsi barədə qərarda hər hansı bənd mövcud deyildir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını öyrənib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, bu şəxsə istinad olunan inzibati xətanın xx.xx.2024-cü il tarixdə törədilməsi, sübutların qiymətləndirilməsi haqqında qərara əsasən şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmədiyi, yalnız onun barəsində Azərbaycan Respublikası İXM-in 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsinin qərara alındığı inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən bu Məcəllənin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti dörd ay kimi təsbit edilmişdir. Bununla belə Şəxs barəsində hadisənin baş verməsindən (xx.xx.2024-cü ildən) dörd ay müddət keçməsinə baxmayaraq inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 38.1, 40, 43, 48-51, 53.1.6, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar