Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1688/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati protokol tərtib edən inzibati orqanın nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və vəkili “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna görə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 19 ünvanında yerləşən “X9” adlı obyektdə xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrdinə müvafiq icazə olmadan açıq məkanda reklam yayınlamış və bu fakt İdarənin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, “X9” adlı obyektin təmiz saxlanılması, su işıq və təhlükəsizliyini Şəxs MMM-in həyata keçirdiyi üçün “X9” adlı obyektin üzərində qanunsuz olaraq yerləşdirilmiş reklamla bağlı məsuliyyətin də həmin şirkətə aid olması nəzərə alınmalıdır. Bundan başqa Şəxs MMC 2004-cü ildə həmin obyektdə reklam yerləşdirilməsi üçün icazə ilə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınması barəsində protokol tərtib edilmiş Şəxs MMM barəsində qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMM-nin nümayəndəsi izahatında bildirmişdir ki, “X7” kimi adlanmış obyekt təxminən 4000 kv m 2 və tərkibində çoxsaylı ticarət obyektləri vardır. Şəxs MMMdə həmin ticarət obyektlərdən biridir və orada yalnız 90 kv m2 əraziyə sahiblik edir (çıxarış əlavə edilib) və orada fəaliyyət göstərir. Müvafiq reklam yazısı isə Şəxs MMM tərəfindən yerləşdirilməmiş və yerləşdirilməsi ilə bağlı da hansısa şirkətlə xidmət müqaviləsi olmamışdır. Ümumiyyətlə, MMC-in ümumi obyektə sahibliklə bağlı hər hansı əlaqəsi yoxdur. Bütün bu hallar araşdırılıb, sübut edilmədən orada fəaliyyət göstərən bir obyekt olaraq hansı səbəblə məsuliyyətin Şəxs MMM-ə aid olması qərarda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir. Lakin, Şəxs MMM reklam yayıcısı qismində çıxış etmir. Həmin Qanunun 26.2-2-ci maddəsinin tələbinə əsasən reklam yayıcısı, həmçinin reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır. Bu fakt da məhkəmə tərəfindən araşdırılmamışdır. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.4-cü bəndinə əsasən açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. Qeyd edildiyi kimi reklam yerləşdirilən əmlakın yalnız müəyyən hissəsi Şəxs MMM-yə aiddir. Məhkəmə tərəfindən reklam yerləşdirilməsinin MMM-nə aid olması faktı araşdırılmamış və iddia edilən inzibati xətanın ona aid olması tam dəlillərlə subuta yetirilməmişdir. Bu hal isə işin İnzibati Xətalar Məcəlləsinin 53-cu maddəsinin tələbinə əsasən həmin hüquqi şəxs barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi üçün əsasdır. Şəxs MMM fəaliyyətində kifayət qədər hüquqi məsuliyyət prinsiplərinə əməl edən hüquqi şəxsdir. Fəaliyyəti boyu da heç bir qanundan yayınma halları olmamışdır. Bunu müvafiq məsələnin ədalətlə və obyektiv şəkildə həll edilməsi üçün bütün sənədləri məhkəməyə təqdim etmişdir və öz haqlı tələb və mövqeyini nümayiş etdirmişdir. Qeyd edirəm ki, Şəxs MMM uzun illər əvvələ aid olan reklam yayımına icazə sənədinin qarşı tərəfindən arxiv və sistemdən tapılmayacağını bildiyimiz halda bunu könüllü şəkildə həm qarşı tərəfə protokol tərtibi zamanı təqdim etmiş və məhkəmədə çıxışında qeyd etdiklərini onlara izah etmiş, nəzərə alınmamışdır. Göstərilənlərin nəzərə alınmasını və tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsini kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 20.00 manat olan "xxxx" MMM xx.xx.1996-ci ildə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonun, F.X.Xoyski 19 ünvanında yerləşən “X8” adlı obyektdə xx.xx.2023-cü il tarixdə saat 15:00da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. 31 oktyabr 1998-ci il tarixli aktdan görünür ki, “X12”-nun nəzarətində olan obyektin mühafizəsinin təmin edilməsi, su və işıq xidmətlərinin göstərilməsi Şəxs MMM-nə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 1688/2023-cü il tarixli qərarından görünür ki, Şəxs MMM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1317/2023 saylı qərarından görünür ki, Şəxs MMM tərəfində verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-1688/2023-cü il tarixli qərarı ləğv edilmiş və iş materiallarının yenidən araşdırılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə sadalananları nəzərdən keçirərək hesab edir ki, protokol tərtib edən səlahiyyətli orqan təxminən 120-yə yaxın ayrı-ayrı obyektlərin olduğu “X8” ticarət mərkəzində müvafiq icazə alınmadan, həmçinin qanunvericinin tələblərini pozmaqla açıq məkanda yerləşdirilmiş reklam lövhəsinə görə məhz hansı səbəbdən Şəxs MMM-nin inzibati məsuliyyətdə təqsirli bilməsinə dair konkret sübutları məhkəməyə tədim etməmişdir. Protokol tərtib edən orqan sırf qeyd olunan ticarət obyektinin işıq, su və təmizlik kimi kommunal xidmətləri üçün fəaliyyət göstərən Şəxs X2 inzibati məsuliyyətə cəlb etməklə gəldiyi nəticə hüquqi şəxsin inzibat məsuliyyətə cəlb olunması üçün əsas hesab edilməməlidir. Protokol tərtib edən səlahiyyətli orqanın müfəttişi 4000 kv m 2 əraziyə malik olan “X8 ticarət mağazasının yalnız 90 kv m2 ərazisinə mülkiyyət hüququ tanınan (iş materiallarınca olan çıxarışdan görünür) Şəxs müvafiq icazə olmada yerləşdirilmiş reklam lövhəsinə görə inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən kifayət qədər əsaslı sübutları iş materiallarına və məhkəməyə təqdim etməmişdir. Buna görə də Şəxs MMM hərəkətlərində inzibati xəta tərkibi yaradacaq heç bir hal aşkar edilmədiyindən Şəxs MMM barəsində başlanılmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1688/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1688/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver