Məhkəmə qərarları › İş №3(005)-169/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-169/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-169/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, 11.10.2019-cıı il tarixdə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti müxtəlif malların alınması üçün xarici ölkəyə köçürülmüşdür. Həmin mallar tərəfindən vaxtında Azərbaycan Respublikasına gətirilmiş və gömrükdə rəsmiləşdirilmişdir. Gömrükdə rəsmiləşdirilən zaman tərəfindən malların gəlməsi bəyan edilmiş və gömrük bəyannaməsi banka təqdim edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən isə 12.11.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası İXMnin 430.4-cii maddəsi ilə təqsirli bilinərək barəsində 1216.65 ABŞ dolarmda cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş EP ******* saylı protokol və Azərbaycan Respublikası İXM-nin 430.4-cii maddəsi ilə təqsirli bilinməsi barədə ЕР№ ******* saylı qərar qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, tərəfindən ölkədən çıxarılmış 30.000 ABŞ dolları məbləğində vəsaitin əvəzində rəsmi olaraq mallar ölkə ərazisinə gətirilmiş, maddədə nəzərdə tutulan avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması halları olmamışdır. Qərar 12.11.2021-ci il tarixdə qəbul edilsə də, həmin qərar qanunvericilikdə göstərilən 2 gün müddət buraxılmaqla yəni 15.11.2021-ci il tarixli məktubla göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 01.11.2021-ci il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi, bununla bağlı 1216.65 ABŞ dolları inzibati cərimə tətbiq edilməsinə dair EP ******* saylı qərarın ləğv olunması və inzibati işə xilam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 izahatında bildirdi ki, **********7837 nömrəli gömrük bəyannaməsindən göründüyü kimi onun tərəfindən ölkədən çıxarılmış 30.000 ABŞ dolları məbləğində vəsaitin əvəzində rəsmi olaraq mallar ölkə ərazisinə gətirilmiş, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valvuta vəsaitinin xaricdən geri qaytarılmaması halları olmamışdır. Məhkəmədən şikayətin Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarı barədə şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 30000.00 ABŞ dolları məbləğində vəsaiti 11.10.2019-cu il tarixində xaricə köçmüş və 2 (iki) il müddət keçsə də, 12166,47 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 12.10.2021-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan ünvanında törədilmişdir. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1216.65 ABŞ dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. **********7837 nömrəli, 17.12.2019-cu il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, “GRLogistics and Terminals LLC” X2 LTD (ÇİN) şirkəti tərəfindən X4 müvafiq mallar göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mərkəzi X1 İXM-in 430.4-cü maddəsi ilə əsassiz olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Belə ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi X8 tərəfindən “GRLogistics and Terminals LLC” X2 LTD (ÇİN) şşirkətinin hesabına köçürülmüş vəsait hesabına mallar adı çəkilən şirkət tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Mərkəzi X6 28.11.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, X8 tərəfindən köçürülmüş vəsait hesabına mallar ölkəyə idxal edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş Gömrük Bəyannaməsi ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə X8 tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğ müqabilində malların idxal olunmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində malların idxal edilməməsi kimi hərəkətlər edilmədiyindən onun İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının 12 yanvar 2021-ci il tarixli, EP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar