Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1693/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi- “Ədalət” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 00100-1344/2021 nömrəli, 13 iyul 2021ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməy göndərmişdir. Səlahiyyətli orqanın tərtib etdiyi 00100-1344/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 5 adda olmaqla tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər yükləri **********82018 saylı, 19.04.2018-ci il tarixli Gömrük Bəyannaməsi və uzatma ərizələri əsasında 19.04.2021-ci il tarixinədək müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq "A+A Şirkətlər Qrupu” MMC tərəfindən 5 adda olmaqla tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər yüklərinin müvəqqəti idxal müddəti bitməmiş Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 5 adda olmaqla tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər yüklərinin müvəqqəti idxal müddəti 19.04.2021-ci il tarixində bitmiş, bitdikdən 2 ay 20 gün sonra 09.07.2021-ci il tarixdə **********2754 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi MMC-nin barəsində tərtib edilmiş protokol tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, müvəqqəti idxal rejimində Azərbaycan Respublikasına gətirilmiş həmin yüklər vacib əhəmiyyətli beynəlxalq yarışın- "xxxx" yarışının keçirilməsində istifadə üçün gətirilmişdi və MMC tərəfindən hər hansı digər məqsədlə, o cümlədən, yarışdan sonra həmin yüklərdən hər hansı formada istifadə edilməklə gəlir götürülməmişdir. Yüklər "A+A ŞİRKƏTLƏR QRUPU" MMC-nin icarəyə götürdüyü anbarda istifadəsiz saxlanmışdır. İş materiallarından da göründüyü kimi, yüklərin gömrük rejiminin dəyişdirilməsinin ləngidilməsi "A+A ŞİRKƏTLƏR QRUPU" MMCdən asılı olmayan səbəblərdən baş vermişdir, belə ki bütün dünyada “Covid-19” virusunun geniş yayılması ilə baş vermiş pandemiya şəraitində iş, hərəkət və sairə məhdudiyyətləri olmuşdur. Bu səbəblə də "A+A ŞİRKƏTLƏR QRUPU" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28.04.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********2018 saylı GB ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır;. Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, 5 adda olmaqla tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər yüklərinin müvəqqəti idxal müddətinin başa çatma müddəti 19.04.2021-ci ildir; Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********2018 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti idxal müddəti 19.04.2021-ci il tarixdə bitsə də, həmin malın sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilməsi məqsədi ilə MMC tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 2 ay 20 gün sonra 09.07.2021-ci il tarixdə **********2754 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Bununla da Şəxs ASC tərəfindən İXM-in 499.1.3-cü maddəsinin tələbləri pozulmuşdur. Araşdırma zamanı 5 adda olmaqla tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər yüklərinin etibarnamə üzrə nümayəndəsi X2 vermiş olduğu izahatından görünür ki, **********82018 saylı 19.04.2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal proseduru altında yerləşdirilmiş 5 adda olmaqla tədbirlərin təşkili məqsədilə gətirilmiş projektorlar, dar istiqamətli işıq lampaları, qablaşdırma üçün plastmasdan məmulatlar, yeşiklər yüklərinin 19.04.2021-ci il tarixdə müddəti bitdikdən sonra pandemiya ilə əlaqədar olaraq geri qaytara bilmədiklərini, qısa müddətdə sərbəst dövriyyə gömrük prosedurunda rəsmiləşdirəcəklərini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.1.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1693/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1693/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver