Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1693/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək səhvən ödənilmiş X2 məxsus AYN ******* saylı cərimənin bərpa edilərək X4 xx.xx.2025 tarixli AYN ******* nömrəli elektron qerarına şamil edilməsi və xx.xx.2025-ci il tarixdə X5 tərəfindən ödənilmiş 30,20 manat məbləğində ödənişin geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 protokol üzrə ödənişdə 1 (bir) rəqəm üzrə səhv edərək AYN ******* (sonuncu rəqəm doqquz yerinə səhvən altı qeyd olunmuşdur) nömrəli X2 məxsus protokoluna oğlum X6 tərəfindən vaxtından əvvəl 10 faiz endirimlə 18 manat ödənişi xx.xx.2025-ci il tarixdə AsanPay ödəniş portalından Kapitalbank kart vasitəsilə etmişdir. Həmin AsanPay portalından alınmş elektron ödəniş qəbzi ərizəyə əlavə edilir. həmin xx.xx.2025 tarixli AYN ******* nömrəli elektron qerarına şamil edilməsi və xx.xx.2025-ci il tarixdə X5 tərəfindən ödənilmiş 30,20 manat məbləğində ödənişi geri qaytarılması təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qurumun nümayəndəsi tərəfindən məhkəməyə elektron sistem üzərindən etiraz göndərərək şikayətin əsassız olduğunu və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş AYN ******* saylı cəriməni bərpa edilərək X4 xx.xx.2025 tarixli AYN ******* nömrəli elektron qerarına şamil edilməsi və xx.xx.2025-ci il tarixdə X5 tərəfindən ödənilmiş 30,20 manat məbləğində ödənişi geri qaytarılması məzmununda şikayətə baxılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığından hesab edirəm ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1693/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1693/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver