Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1694/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tərtər rayonunun Sarıcalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ə.İsgəndərova, A.Q.Kazımova, Ə.A.Tomarova qarşı Nərimanov rayonu, Z.Bünyadov prospektində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 bildirdi ki, X12, X8, X10 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə ərizə ilə müraciət etmiş və Şəxs onları söyüb təhqir etdiklərini bildirmişdir. Əvvəllər bu barədə olan şikayətlə əlaqədar Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati tədbir görülmüşdür. Şikayət edən şəxslərin izahatları alınmış və Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, 2 gün əvvəl tərəflər şöbəyə çağırılaraq bir daha nizam-intizama dəvət olunmuşdur. Şöbədən çıxarkən onlar arasında yenidən narazılıq yaranmışdır. Bu zaman Şəxs özündən çıxmışdır. Buna səbəb isə X12, X8, X5 hərəkətləri olmuşdur. Yəni, Şəxs çılğındır, şikayət vermiş şəxslərin hərəkətləri onu özündən çıxardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ailəsini dolandırmaq üçün Neftçillər, Ayna Sultanova yolunda sərnişin daşımaqla məşğul olur. Onunla birlikdə Ələmdar, Ədalət və Aydın işləyir. Hər dəfə onlara cədvəl qurulmasını və həmin cədvəllə işləmələrini təklif edir. Lakin onlar razılaşsalar da, sonradan həmin cədvəli pozurlar. O da hirsələnib vaxtlarına girmələrinə görə əsəbləşir, buna görə də aralarında mübahisə yaranır. O, konkret olaraq kiminsə ünvanına söyüş söyməmişdir. Onlar aralarında bir-birilərinin vaxtlarına girməməyə görə söyüş qoymuşdular. Nəticədə qrafik pozulanda o, həmin şəxslərə niyə söyüş götürdüklərini bildirmişdir. Onun tərəfindən ictimai qaydanın pozulmasına yönələn hər hansı hərəkətə yol verilməmişdir. Buna görə də məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd ediləndərə əsasən Şəxs barəsində başlanmış İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan: X6 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə yazdığı ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:05 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektinin Baksol yolu ilə birləşməsində Şəxs tərəfindən heç bir səbəb olmadan söyülərək təhqir edilmişdir. Onun barəsində tədbir görülməsi xahiş olunur; X6 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə yazdığı izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:05 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində keçiddə durub özünə məxsus mikro avtobusla adam yığıb daşıyır. Əlizamin İsmayılzadə adlı şəxs özünə məxsus avtobillə onun qabağını kəsib onun şəxsiyyət və ləyaqətini nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Onunla yanaşı Kazımov Aydın və İsgəndərov Ədaləti də söyərək təhqir etmişdir. Bununla bağlı 17-ci PŞ-yə dəfələrlə müraciət etsələr də, nəticəsi olmamışdır. Bundan istifadə edən Elzamin hər vaxt hərəkət edən zaman başını maşından çıxararaq hər üçünü söyür; X3 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə yazdığı ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:05 radələrində Nizami rayonu, Qara Qarayev metrosu yanında Şəxs heç bir səbəb olmadan onu söyüb təhqir etmişdir. Onun barəsində tədbir görülməsi xahiş olunur; X3 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə yazdığı izahatından görünür ki, o, Nərimanov rayonu Ayna Sultanova istiqamətində özünə məxsus mikroavtobusla ailəsini dolandırmaq üçün sərnişin daşıma ilə məşğul olur. Onunla birlikdə Aydın, Ələmdar və Elzamin adlı şəxslər də işləyir. Elzamin öz aralarında qurduqları cədvəli pozaraq qarışıqlıq salır, onları harda gördü başını pəncərədən çıxarıb sərnişinlərin yanında nalayiq söyüşlər söyərək təhqir edir; X5 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə yazdığı ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Nizami rayonu Koroğlu metrosu yanında Şəxs heç bir səbəb olmadan onu söyüb təhqir etmişdir. Onun barəsində tədbir görülməsi xahiş olunur; X5 xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə yazdığı izahatından görünür ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti göstərir və ailəsini dolandırır. Onunla eyni yerdə Ədalət və Ələmdar müəllim də işləyir. Onlarla birlikdə Elzamin adlı şəxs də fəaliyyət göstərir. Uzun müddətdir ki, Elzamin onların işləməməyini bildirməklə insanların gözü qarşısında söyərək təhqir edir. Bu barədə 17-ci polis şöbəsinə müraciət olunmuş və Elzamin 50 manat cərimə olunmuşdur. Lakin bu adam nəticə çıxarmır, harda görür, onları təhqir edir. xx.xx.2020-ci il tarixdə Baksol keçid dayanacağında Ələmdar kişini söyüb təhqir etmişdir. Eyni zamanda o, Dərnəgül yolu boyunca sonuncu dəfə Çermet körpüsünün yanında onun ünvanına sərnişinlərin gözü qarşısında nalayiq ifadələr işlədib təhqir etmişdir; Bakı şəhər BPİ-nin X9 ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, tanışı Şəxs tərəfindən təhqirlərə məruz qalması barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə etdiyi müraciətin nəticəsiz qalmasına dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətə Bakı şəhər Baş Polis İdarəsinin X7 iştirakı ilə baxılmışdır. Müəyyən edilmişdir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə etdiyi müraciət əsasında araşdırma aparılmış, xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə edilməsi üçün tərtib edilmiş inzibati protokol icra edilməsi üçün aidiyyəti üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Nərimanov RPİ-nin 17-ci PŞ-nin X9 ünvanladığı xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı teleqram, ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-yə daxil olmuşdur. Teleqramda qeyd olunan xüsusatlarla bağlı bildirilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hüquq pozuntusu ilə bağlı etdiyi müraciət tərərəflərindən araşdırılmış, hadisəni törətmiş Şəxs barəsində İXM-in 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati tədbir görülmüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərinə hüquqi qiymət verərkən ilk olaraq onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda əksini tapan inzibati xəta ilə bağlı məsələyə münasibət bildirir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ziya Bünyadov prospektində onunla işləyən şəxslərlə aralarında yaranmış mübahisə zamanı ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ziya Bünyadov prospektində ictimai qaydanı pozan hərəkətlər etməsinə dair hər hansı bir sübut məhkəmə iclasında təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs onunla işləyən Tomarov Ələmdar və digər şəxslərə qarşı xırda xuluqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə iclasında isə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs qeyd etmişdir ki, tərəflər arasında yaranan mübahisəyə şikayət vermiş şəxslərin də hərəkətləri səbəb olmuşdur. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə günü Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1694/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1694/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver