Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1694/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru – X4, Barəsində inzibati xəta haqqında icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında borcludan xx.xx.2021-ci il tarixdən yaranmış aliment borcunun və "xxxx" ASCnin borc məbləğinin ödənilməsi tələb edilmişdir. Borclu ödəyə bilmədiyini bildirmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1675/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1850,06 ABŞ dolları və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment və üç yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin əməliyyat və müalicəyə çəkilmiş xərcin yarısı, yəni 986 manat borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2012-ci il və xx.xx.2021-ci il tarixlərdə daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Bundan əlavə sözü gedən icraata başlamaq haqqında qərar və bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Lakin hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədləri ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmiş, məhkəmə qərarlarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Şəxs əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə əmlak sorğuları edilmiş, lakin borclunun adına heç bir daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Bundan sonra tərəflərindən borclunun icra sənədində qeyd olunan ünvan 3 ünvanında borclunun yaşamadığı müəyyən edilmişdir. Qeyd olunanlar tərəflərindən aktla rəsmiləşdirilmişdir. Bu səbəbdən də icra sənədlərinin icrasının təmin edilməsi mümkün olmadığınan borclu barəsində axtarış haqqında qərar qəbul olunaraq icra olunması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilmiş və Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasın borclu barəsində 60128/22 saylı axtarış işinin açıldığı bildirilmişdir. Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq yaranmış aliment borcundan və Unibank” KB ASC-yə heç bir ödənişlər etməmişdir Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş protokolla razılaşmayaraq ifadəsində göstərmişdir ki, maddi vəziyyətinin aşağı olması ilə əlaqədar icra sənədi üzrə borcunu vaxtında ödəyə bilmir. İcra sənədinin icrasından yayınmır. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İcra səndələrinin ümumi icraatda birləşdirilməsi haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, icraatda Nərimanov Rayon Məhkəməsinin 2(005)-1675/2012, xx.xx.2012-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3043/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərində borclu Şəxs olduğundan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli, 2(005)- 1675/2012 saylı icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, 1160,07 ABŞ dolları əsas, 240,85 ABŞ dolları faiz, 449,14 ABŞ dolları cərimə, cəmi 1850,06 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Şəxs "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” 25 iyul 2012-ci il tarixli qərardan görünür ki, xx.xx.2012-ci il tarixdə icraata daxil olmuş icra sənədi üzrə icraata başlanılma qərara alınmışdır. “İcra sənədinin könüllü icrası barədə” 25 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli, 2(005)-1675/2012 saylı icra sənədi icra olunması Şəxs göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(005)- 3043/2021 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, Xəlilova (Məmədova) Kəmalə Kamal qızı ilə cavabdeh Şəxs arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 119 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X1 anası Xəlilova (Məmədova) Kəmalə Kamal qızının himayəsində saxlanılması, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması, xx.xx.2021-ci il təvəllüdlü X3 üç yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat Zərərçəkmiş şəxs xeyrinə tutulması, aliment məbləği xx.xx.2021-ci il tarixdən hesablanması, əməliyyat və müalicəyə çəkilmiş xərcin yarısı, yəni 986 manatın cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” 05 noyabr 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(005)-3043/2021 saylı icra sənədi üzrə icraatın başlanması qərara alınmışdır. “Tələbin dərhal icrası haqqında” 05 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(005)- 3043/2021 saylı icra sənədinin dərhal icra olunması Şəxs xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1694/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1694/2022 nömrəli, 31 may 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1981/2022 saylı, 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin işin baxılmağa hazırlanması zamanı qəbul etdiyi 31 may 2022-ci il tarixli qərardad və 31 may 2022-ci il tarixli, 3(005)-1694/2022 saylı qərarın ləğv edilməsi, inzibati xəta haqqında materialın həmin Məhkəməyə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi. 99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 99.4. İnzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Beləliklə Qanunun mənasından göründüyü kimi, inzibati xətanın aşkara çıxarılması inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə rəsmiləşdirilir. Hazırki işdə inzibati xəta haqqında protokol 31 may 2022-ci il tarixdə tərtib edilmişdir. Deməli Şəxs tərəfindən törədilməsi güman edilən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta xx.xx.2022-ci il tarixdə aşkara çıxarıldığından, onun baş verməsi 31 may 2022-ci il tarixə təsadüf edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, “inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər. Belə ki, şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin qanunverici Məcəllənin 9.2-ci maddəsində davam edən inzibati xətaya görə yenidən məsuliyyətə cəlb etmənin mümkünlüyünü aydın göstərsə də, uzanan inzibati xətalardan bəhs etməmişdir. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir.” Həmçinin həmin Qərarda qeyd edilir ki, “Uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir.” “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunur: “Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Beləliklə, icra sənədlərinin icraya yönəldilməsini, icraata başlamaq haqqında qərar və bildirişin imza edilməklə borcluya rəsmi qaydada təqdim edilməsini, hazırki tarixədək könüllü və sonrakı müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələrin borclu tərəfindən yerinə yetirilməməsini nəzərə alaraq, borclu Şəxs bu istiqamətdə öz hərəkətsizliyi ilə icra sənədini üzrsüz səbəblərdən icra etməməsini nəzərə alaraq müəyyən edilir ki, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan, öz xarakterinə görə uzanan inzibati xatanı törətmişdir. Belə olduğu halda həmin inzibati xətanın törədildiyi tarix bu barədə inzibati xəta haqqında protokol tərtib edilməklə onun aşkara çıxarıldığı 31 may 2022-ci il tarix hesab edilir. Eyni zamanda, həmin vaxtdan 03 aydan çox müddət keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs 31 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in aşağıda qeyd edilən maddələrinə əsasən: 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1694/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1694/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver