Məhkəmə qərarları › İş №3(005)-1697/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1697/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1697/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 3-cü ərazi X8 idarəsi "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus "xxxx" mağazasında yanğıntexniki müayinə keçirilməsinə şərait yaradılmamışdır. Nəticədə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun çıxış edərək "xxxx" QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxs "xxxx" QSC-nin nümayəndəsi və vəkili X4 izahatında göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru vəzifəsində işləyən X7 tərəfindən "xxxx" QSC-nin ünvan 2 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X10nin nəticələrinə əsasən "xxxx" QSC tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru vəzifəsində işləyən X7 tərəfindən "xxxx" QSC-nin ünvan 3 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X10nin nəticələrinə əsasən "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol qanunsuz və əsassız olduğundan aşağldakılara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2022-ci il tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin xx.xx.2022-ci il tarixli “X10nin aparılması haqqında” 3481 nömrəli Qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 4 ünvanında yerləşən mağazasında Fövqəladə Hallar Nazirliyi X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru vəzifəsində işləyən X7 tərəfindən plan üzrə yozlama keçirilmiş və guya "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyənləşdirilmiş və xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq bu barədə MN N« ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru vəzifəsində işləyən X7 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən mağazasında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 3481 nömrəli “X10 Aktı”nın 9-cu bəndinin “Müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu” hissəsində yanar üzlüklərin üzərində müvəqqəti çəkilmiş elektrik xətləri mövcuddur. Obyektin anbar hissəsində quraşdırılmış taxta konstruksiyanın hopdurulmasına dair xarici istehsal sertifikatı təqdim edildi, lakin Respublikada fəaliyyət göstərən lisenziyalı şirkətin sertifikatı təqdim olunmadı” qeyd edilməklə həmin bəndin digər tələbinə yoxlama suallarının nömrələri və tələbləri pozulmuş normativ hüquqi aktların struktur elementləri göstərilməməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” (2 iyul 2013-cü il tarixli) Azərbaycan Respublikası Qanununun yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi haqqında 31.2,31.2.10-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Nəzərə çatdırır ki, halhazırda Azərbaycan Respublikasında qüvvədə olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisinin 25 may 2001-ci il tarixli 85 nömrəli və 06 may 2002-ci il tarixli 43 nömrəli Əmrləri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X1”nda, “Ticarət və X5, Yarmarkalar, Baza və Anbarlar üçün X1”nda “yanar üzlüklərin üzərində müvəqqəti elektrik xətlərinin çəkilməsinin qadağan edilməsi, obyektin anbar hissəsində quraşdırılmış taxta konstruksiyasının odadavamlı məhlulla hopdurulmasına dair Pespublikada fəaliyyət göstərən lisenziyalı şirkət tərəfindən hopdurulma barədə sertifikat” təqdim edilməsi tələbi nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Nəzərə çatdırır ki, X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru X7 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 3481 nömrəli “X10 Aktı” və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində "xxxx" QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə Nərimanov rayon məhkəməsində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılarkən "xxxx" QSC-nin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tərəfindən yoxlama aktının və digər sənədlərin surətləri QSC-nin nümayəndəsinə təqdim edilmişdir. X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru tərəfindən xx.xx.2022-ci il tarixdə MN Na ******* nömrəli “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilməmişdir. X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 6 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X10 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi üçün inspektor X7 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN N° ******* nömrəli “İnzibati xəta haqqında” protokolda, protokolu tərtib etmiş şəxsin atasının adını göstərməmiş, inzibati xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti” hissəsinə “ xx.xx.2022-ci il tarixində ünvan 7 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus "xxxx" mağazasında keçirilən YTM-ni zamanı YTQ” məzmunu anlaşılmayan ifadəni protokola daxil etmək məcburiyyətində qalmışdır. X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X10nin nəticələrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın mahiyyəti göstərilməməklə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə İnzibati Xətalar Məcəlləsinin 100.1.2, 100.1.4, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” (20 oktyabr 2015-ci il tarixli) Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. X8 Xidməti 3-cü ərazi X8 İdarəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ünvan 8 ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələmin izahı "xxxx" QSC-yə göndərilməmişdir. Bundan əlavə, X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin qeyd olunan ünvanında yerləşən mağazasında plan üzrə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini,yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüqquq və vəzifələri haqqında məlumat verməmişdir. Bununla da yoxlayıcı orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3 və 20.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunan mağazada plan üzrə keçirilən X10nin nəticələrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq tərtib edilmiş MN N« ******* nömrəli “İnzibati xəta haqqında” protokolun aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilməsinə dair materiallarda həmin mağazada çəkilməsi ehtimal edilən 2 (iki) ədəd foto şəkil əlavə edilmişdir. Həmin fotoşəkillərin çəkilməsi zamanı yoxlayıcı foto avadanlıqdan istifadə etmək qərarı barədə "xxxx" QSC-nin nümayəndəsinə imzası alınmaqla məlumat verməmişdir .Yoxlayıcı bu hərəkətləri ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlarm maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə görə, qanunazidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cu maddəsinə görə, yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Göründüüyü kimi, X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin inspektoru tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov rayonu,Əliyar Əliyev küçəsi ev 161 C ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X10 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin konkret halları müəyyən edilmədiyi halda,yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilməsini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında tədqiq olunmuş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti tərəfindən qəbul edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2022-ci il tarixli, 3481 nömrəli qərardan görünür ki, "xxxx" QSC-də 3-cü ərazi DYNİ tərəfindən xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdə planlı müayinənin aparılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY211736302 nömrəli çıxarışdan görünür ki, QSC tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixədək yanğın təhlükəsizliyi haqqında qanunun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 3481 nömrəli yanğın-texniki aktdan görünür ki, yanar üzlüklərin üzərində müvəqqəti çəkilmiş elektrik xətləri mövcuddur. Obyektin anbar hissəsində quraşdırılmış taxta konstruksiyanın xarici istehsal sertifikatı təqdim edildi, lakin Respublikada fəaliyyət göstərən lisenziya şirkətin sertifikatı təqdim olunmadı. Məhkəmə hesab edir ki, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarının tədqiqi zamanı müəyyən edilir ki, hazırkı inzibati xəta haqqında iş üzrə İXM-nin 116-cı maddəsinin tələblərinə əməl edilməmiş, hüquqi şəxs barəsində birbaşa protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, inzibati xətalara dair qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli orqanın hüquqi şəxs barədə inzibati tənbeh etmək səlahiyyəti yoxdur, bu səlahiyyət hakimə aiddir. Lakin bu müddəa heç də o demək deyil ki, hüquqi şəxs barəsində İXM-nin 518.1-ci maddəsinin tərkibi yaranması üçün və protokol tərtib edilməzdən əvvəl İXM-nin 116-cı maddəsində müəyyən edilmiş tələblərinə əməl edilməməlidir. Əksinə hər bir halda İXM-nin 116-cı maddəsinin tələblərinə əməl edilməlidir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması üçün İXM ilə müəyyən edilmiş tələblərə tam əməl edilməmişdir, bu barədə sübutlar mövcud deyildir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXMin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, hüquqi şəxsin protokolda qeyd edilən İXM-nin maddəsi üzrə inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Belə ki, İXM-nin 518.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması, hüquqi şəxsə münasibətdə əməldə inzibati xəta tərkibinin yaranması və məhz həmin maddəyə əsasən hüquqi şəxsin barəsində inzibati tənbeh qərarının çıxarılması üçün mütləq mənada həmin maddə üçün xüsusi müəyyən edilmiş İXM-nin 116-cı maddəsinin tələblərinə əməl edilməlidir. Əgər İXM-nin 116-cı maddəsinin tələblərinə əməl edilməmişdirsə, onda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz və inzibati qaydada tənbeh edilə bilməz. Belə ki, İXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-in 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-in 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İXM-in 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, qanunda birbaşa müəyyən edilmişdir ki, şəxs barəsində, o cümlədən də hüquqi şəxs barəsində də İXM-in 518.1-ci maddəsi ilə inzibati protokol tərtib edən səlahiyyətli orqan (vəzifəli şəxs) əvvəlcə inzibati xətanı törətmiş şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalı və ona törətdiyi hüquqpozmanı aradan qaldırması üçün vaxt verməli idi. Həmin müddət ərzində barəsində icraat aparılan hüquqi şəxs hüquqpozmanı aradan qaldırarsa, inzibati cəriməni ödəməkdən azad edilməli, əks halda qərarda nəzərdə tutulan inzibati cəriməni ödəməli idi. Hazırkı halda iş materiallarında inzibati orqan tərəfindən belə bir qərar qəbul edilməsi və cərimənin şərti tətbiq edilməsi üçün qeyd edilən şəxslərə vaxt verilməsi müəyyən olunmur. Həmçinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilmir, bu barədə sübutlar mövcud deyildir. Həmçinin aşağıdakılara əsasən nəzərə alınmalıdır ki, İXM-nin 116-cı maddəsində müəyyən edilmiş prosedur qaydalar məhkəmə tərəfindən də tətbiq edilə bilməz.

1. Çünki həmin maddəyə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı səlahiyyətli orqan (vəzifəli şəxs) çıxarır. Məhkəmə isə həmin maddədə qeyd edilmiş səlahiyyətli orqan (vəzifəli şəxs deyildir).

2. İXM-nin 116.3-cü maddəsində müddətin verilməsi kifayət etmir. Çünki həmin Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozmanın aradan qaldırılıb-qaldırılmaması yoxlanılmalıdır ki, inzibati cərimənin ödənilib-ödənilməməsinə qərar verilsin. Bu mənada həmin hüquqpozmanın aradan qaldırılması üçün, bu barədə yerində yoxlama aparılmalıdır. Məhkəmənin belə bir səlahiyyəti olmadığı üçün, həmin hüquqpozmanın aradan qaldırılıb-qaldırılmamasını müəyyən edə bilməz. Həmin işləri məhz səlahiyyətli orqan (vəzifəli şəxs) yerinə yetirməlidir.

3. Bundan əlavə İXM-nin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Göründüyü kimi bu barədə məlumat məhkəməyə yox, məhz həmin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) verməlidir. Həmin səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir. Beləliklə göründüyü kimi İXM-nin 116-cı maddəsində nəzərdə tutulmuş prosedur qaydalar, o cümlədən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul etmək, hüquqpozmanı aradan qaldırılması üçün müddət müəyyən etmək, həmin müddət bitdikdən sonra hüquqpozmanın aradan qaldırılıb-qaldırılmamasını yoxlamaq, verilmiş məlumatın düzgünlüyünü 5 iş günü ərzində yoxlamaq, hüquqpozma aradan qaldırılmadıqda cərimənin ödənilməsini təmin etmək üçün tədbirlər görmək səlahiyyəti məhkəmə tərəfindən deyil, məhz səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin maddədəki prosessual hərəkətləri etmək və qərarlar qəbul etmək məhkəmənin səlahiyyətinə aid deyildir. Ona görə də yalnız və yalnız İXM-nin 116-cı maddəsində müəyyən edilmiş bu prosedur qaydalara əməl edildikdən sonra İXM-nin 18.2-ci maddəsinə əsasən şərti cərimə edilmiş həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə olduqda və ya hüquqi şəxsin maraqları üçün törədilmiş olması sübuta yetirilərsə, yalnız bundan sonra hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilərdi. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, göstərilən qaydalara əməl edilmədiyi üçün, İXM-nin 518.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri müəyyən edilməmişdir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ:

"xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar