Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1699/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X6 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ona məxsus olan “Qədir Xum” adlı kafedə 19.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin yoxlanılması aparılmışdır. Həmin gün ailə üzvləri ilə birlikdə masada oturmuşlar. Həmin şəxslər ailə üzvləri ilə birlikdə olduğu üçün onlar arasında məsafə saxlanılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin əməkdaşları bunları nəzərə almayaraq, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən, ona vəzifəli şəxs qismində protokol tərtib etmişlər. Bu barədə protokolda qeyd etmişdir. 30.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən onun iştirakı olmadan qərar qəbul edilmişdir. Həmin qərarla onu 3000 manat məbləğində cərimə etmişlər. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, Nazirlər Kabinetinin 06.07.2020-ci il tarixli qərarına əsasən X1 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında fəaliyyət göstərən “Qədirxum” kafesinə baxış keçirilərkən, kafedə müştərilər arasında bir metr məsafə gözlənilməməsi faktı aşkar olunmuşdur. Bununla əlaqədar əməkdaşlar tərəfindən müvafiq akt tərtib olunmuş və həmin akt X9 da daxil olmaqla baxış keçirən əməkdaşlar tərəfindən imzalanmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X9 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin əməkdaşı X5 tərəfindən tərtib edilmş MN seriyalı, ******* saylı, 19.10.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən X7 məxsus olan “Qədir Xum” kafesində bir masa arxasında oturmuş müştərilər arasında bir metr məsafə saxlanılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri pozulmuşdur. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin əməkdaşlarə tərəfindən tərtib olunmuş 19.10.2020-ci il tarixli Aktın surətindən görünür ki, Nazirlər Kabinetinin 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarına əsasən X1 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında fəaliyyət göstərən “Qədirxum” kafesinə baxış keçirilərkən, kafedə müştərilər arasında bir metr məsafə gözlənilməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərlə həmin obyektdə müştərilər arasında məsafə gözlənilməməsi müəyyən olunur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X9 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X6 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X6 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1699/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1699/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver