Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1700/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin baş təhqiqatçısı Nurlan Ağazadənin 30 may 2022-ci il tarixli qərarı ilə X3 və X5 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, Şəxs İXM-in 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra edilməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X6 tərəfindən MN seriyalı ******* nömrəli 01 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20.05.2022-ci il tarixdə, saat 09:30 Nərimanov rayonu, Z.Bünyadov prospektində DYPŞ YPX inspektoru X4 xidmətdə olarkən iki əli ilə yumruq zərbələri ilə vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X6 bildirdi ki, 30 may 2022-ci il tarixdə X3 və X5 Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə raportla müraciət edilmiş, həmin raport əsasında şikayət əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 01 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, “Algida” şirkətində ekspediter işləyir, mağazalara dondurma soyuducularının çatdırılması ilə məşğuldur. 20.05.2022-ci il tarixdə şirkətin sürücüsü və qardaşı ilə bir yerdə Z.Bünyadov pr. ilə Balaxanı qəsəbəsinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları tərəfindən onlara avtomobilin təkərində “palçıqcıq” adlanan rezin detalın olmaması səbəbindən cərimə meydançasına yerləşdirilməsi olduğu bildirilmişdir. Bundan sonra aralarında narazılıq yaranmışdır. Polis əməkdaşları tərəfindən onlara qarşı kobud rəftar edilmiş, mübahisə zamanı o da zərərçəkmiş şəxsi əli ilə itələmişdir. Polis əməkdaşlarını vurmamış, onlara heç bir xəsarət yetirməmişdir, sadəcə itələmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, 20.05.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində həmkarı İ.Yolçuyevlə xidməti ərazidə olmuşlar. Bu zaman “Mercedes Sprinter” markalı, **-AD-*** d.q.nişanlı avtomobilin texniki nasaz olduğunu görüb sürücüyə saxla işarəsi vermişlər. Avtomobilin cərimə meydançasına yerləşdirilməli olmasını demiş bu zaman avtomobildə olan Şəxs ilə aralarında mübahisə yaranmış və sonuncu onu əli ilə itələmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətdiq edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd ediləndərə əsasən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, 30.05.2022-ci il tarixli Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı X9 RPİ-nin 17-ci PŞ-nin rəhbərliyinə ünvanladığı raportdan görünür ki, Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektorları X8 və X10 20.05.2022-ci il tarixdə raportla şöbə rəisinə müraciət edərək bildirmişlər ki, 20.05.2022-ci il tarixdə Z.Bünyadov prospektində xidmətdə olarkən saat 09.30 radələrində Z.Bünyadov prospekti ilə hərəkət edən “Mercedes Sprinter” markalı, **-AD-*** d.q.nişanlı avtomobilin palçıqcıq adlanan detalı yerində olmadığı üçün həmin avtomobil saxlanılmışdır. İ.Yolçuyev sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu izah edərək sənədlərini təqdim etməyi xahiş etmişdir. Həmin vaxt sürücünün yanından düşən vətəndaş qışqıra-qışqıra yaxınlaşaraq nə səbəbə saxlanıldıqlarını soruşmuş, onlar da həmin vətəndaşdan polisin işinə müdaxilə etməməyi xahiş etmişlər. Sonra isə sürücüyə maşında olan nasazlığı göstərmişlər, lakin həmin vətəndaş yenidən onlara yaxınlaşaraq “mənim vaxtımı alırsız” demiş, sonra da Abuzər Hüseynovun sinəsindən iki əli ilə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt efir vasitəsilə Növbətçi Hissəyə məlumat verib PPX əməkdaşalrını çağırmışlar. Həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertiza və X11 X15 21 may 2022-ci il tarixli 510 nömrəli rəyindən görünür ki, X3 almış olduğu xəsarət - döş qəfəsinin sol və sağ yarısının ön səthinin qançırı - küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 20.05.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin müstəntiqi baş təhqiqatçısı Nurlan Ağazadənin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 may 2022-ci il tarixli qərarından görünür ki, X3 və X5 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərkən iş üzrə zərərçəkmiş şəxsə qarşı hər hansı zor tətbiq etmədiyini, döymə hesab ediləcək hərəkətlərə yol vermədiyini, mübahisə zamanı onu yalnız itələdiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs X1 Rüfət Fərhad oğlunun onu itələdiyini bildirmiş, hər hansı bir yumruq zərbəsi vurduğunu iddia etməmiş, buna dair izahat verməmişdir. Eyni zamanda iş materillarına əlavə edilmiş DVD diskə baxış keçirilərkən də Şəxs zərərçəkmiş şəxs X4 döyməsi faktı aşkar edilməmişdir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində başlanmış İXMin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 01 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1700/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1700/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver