Məhkəmə qərarları › İş №3(005)-1704/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1704/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1704/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, BarəsindəinzibatixətahaqqındaişüzrəicraataparılanŞəxsMMC-ninnümayəndəsiX1nun iştirakıilə, Şəxs MMCbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3cümaddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC mülkiyyətində olan “Daimler” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında nəqliyyat vasitəsini idarə etmiş səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətə verilməmişdir. Bununla daŞəxs MMC barəsində səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-cimaddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 izahatında göstərdi ki, qeyd edilən sorğu Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsindən Şəxs MMC-yə göndərilmiş vəxx.xx.2020-ci il tarixdə “Talıbov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Sorğu daxil olduqdan sonra rəhbərlik tərəfindən məsələyə ciddi yanaşılmış və sorğunun cavablandırılmasının zəruriliyi ilə əlaqədar olaraq birbaşa göstəriş verilmişdir. Sorğu tərəflərindən cavablandırılmışdır. Onların sorğuya cavabları xx.xx.2020-ci il tarixdə məkyubla Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Şpbənin əməkdaşı tərəfindən qəbul edilmişdir. Buna görə də hesab edirlər ki, hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, Şəxs MMC tərəfindən balansında olan “Daimler” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar tərtib edilmiş protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi xahiş olunur. -Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs MMC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və xx.xx.2020-ci il tarixdə “Talıbov”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxŞəxs MMC tərəfindən Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, **-JK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat verilmişdir. İş materiallarında olan 385882 nömrəli qaimədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı tərəfindən Şəxs MMC-nin xx.xx.2020-ci il tarixli məktubu xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-in 347-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar