Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1704/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 24 may 2022-ci il tarixli, 13000-0410/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Hovsan Beynəlxalq Ticarət Dəniz Limam” gömrük postundan daxil olmuş 28.04.2022-ci il tarixli 34/026/002047 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 05.04.2022-ci il tarixdə “BALKAN" gəmisi vasitəsilə 03.04.2022-ci il tarixli 358 nömrəli Bili of Ladinq və 03.04.2022-ci il tarixli Carqo Manifesti sənədləri üzrə Azərbaycan Respublikasına tranzit xüsusi gömrük proseduru altında daxil olmuş 1542,088 kq-dan ibarət kükürd yükü “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limam’’-na daxil olmuşdur. Həmin yükün 470,044 kq-dan ibarət hissəsi onun Azərbaycan Respublikası ərazisindəki hərəkətinə cavabdehlik daşıyan hüquqi şəxs Şəxs MMC tərəfindən bəyan edilərək təyinatı üzrə göndərilmişdir. Lakin geriyə qalan 1072,044 kqdan ibarət hissəsi hüquqi şəxs tərəfindən bəyan edilməmiş yaxud hər hansı gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01,2014-cü il tarixli 5 №li “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında verləşdirilərək daşınması Qaydalarının təsdiq edilməsi haqqında Qərarın 5.1-ci bəndinə əsasən Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq yerilməlidir. Göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol yerilir. Lakin, hüquqi şəxs tərəfindən sözügedən yükün rəsmiləşdirilməsi prosesi müddətinin uzadılması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 28.04.2022-ci il tarixli raportdan görünür ki, 05.04.2022-ci il tarixdə “BALKAN" gəmisi vasitəsilə 03.04.2022-ci il tarixli 358 nömrəli Bili of Ladinq və 03.04.2022-ci il tarixli Carqo Manifesti sənədləri üzrə Azərbaycan Respublikasına tranzit xüsusi gömrük proseduru altında daxil olmuş 1542,088 kq-dan ibarət kükürd yükü “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limam’’-na daxil olmuşdur. Həmin yükün 470,044 kq-dan ibarət hissəsi onun Azərbaycan Respublikası ərazisindəki hərəkətinə cavabdehlik daşıyan hüquqi şəxs Şəxs MMC tərəfindən bəyan edilərək təyinatı üzrə göndərilmişdir. Lakin geriyə qalan 1072,044 kq-dan ibarət hissəsi hüquqi şəxs tərəfindən bəyan edilməmiş yaxud hər hansı gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01,2014-cü il tarixli 5 №li “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında verləşdirilərək daşınması Qaydalarının təsdiq edilməsi haqqında Qərarın 5.1-ci bəndinə əsasən Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq yerilməlidir. Lakin bu vaxta qədər yük bəyan edilməmiş və gömrük rəsmiləşdirilməsi həyata keçirilməmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs tərəfindən təqdim olunmuş gömrük bəyannaməsi müvafiq olaraq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuş və nəticədə Şəxs tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1704/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1704/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver