Məhkəmə qərarları › İş №3(005)-1707/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1707/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1707/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Ələkbərov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Ələkbərov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X3 barəsində MN ******* nömrəli, xx.xx.2025-cİ il tarixli «İnzibati tənbeh vermə haqqında» Qərar tərtib olunmuşdur. Həmin qərar əsas götürülərək Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin İcra məmuru Sevinc Qurbanova tərəfindən X1 mülkiyyətində olan X10 LC 200 minik markalı, 99RR027 dövlət qeydiyyat nişanlı nəqiiyyat vasitəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2025-ci il tarixli Qərar qüvvəyə minmişdir. Qeyd olunanlarla bağlı onu bildirir ki, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında» Qərar ona aidiuyəti inzibati orqan tərəfindən şəxsən və ya digər üsulla rəsmi qaydada təqdim edilməmiş və onunla tanış ola bilməmişdir. Həmin qərarın mövcudluğundan yalnız xx.xx.2025-ci il tarixdə xəbərdar olmuşdur. Belə ki, telefon nömrəsinə (mobil: +994 50 201 70 16) həmin tarixdə saat 17:16 radələrində **-RR-*** nömrəli NV-da məhdudiyyət (həbs) var. Daha ətraflı DYP-də araşdıra bilərisiniz məzmunlu SMS xəbərdarlığı daxil olmuşdur. DYP əməkdaşı ilə əlaqə saxlanılmış və oradan onu Nərimanov rayon icra şöbəsinə yönləndmişlər. İcra şöbəsinin məmuru tərəfindən «Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında» tərtib etdiyi xx.xx.2025-ci il tarixli Qərarı və X6 Xidmətinin Bakı Şəhər İdarəsinin «İnzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli Qərarı ilə tanış olmuşdur. Halbuki, «inzibati tənbeh vermə haqqında» Qərarında da qeyd olunduğu kimi, qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fizikə şəxsə və zərər çəkmiş şəxsə verilməli idi. İnzibati orqan tərəfindən AR İXM 469.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı "xxxx" MMC barədə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli və X3 barəsində MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli «İnzibati tənbeh vermə haqqında» Protokollar tərtib olunmuşdur. Hər iki cərimə eyni inzibati xəta üzrə tətbiq olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-476/2025 nömrəli Qərarı ilə "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixii 3(103) - 856/2025 nömrəli qərarına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-476/2025 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, onun Tələbərinə qarşı tərtib edilmiş cərimə də əsassızdır. Bu səbəbdən AR Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixii MN seriyalı ******* nömrəli inzibati xəta haqqında potokolun, onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X7 məhkəmə iclasında çıxış edərək şikayətin əsassız olduğunu bildirmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdən AR-nın ƏM-nin 225-ci maddəsinin tələbləri pozularaq işçiləri istehsalda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək fəaliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-476/2025 saylı qərarından görünür ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 24 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-856/2025 saylı qərarından görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-476/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Ələkbərovun təqsirli bilindiyi inzibati xətaya dair münasibət bildirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini nəzərdə tutumuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahin Ələkbərovun əməlində qanunvericiliyin tələblərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 476/2025 saylı qərarla "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qeyd edilən müəssisənin direktoru Şahin Ələkbərovun əməlində inzibati xəta tərkibinin olmamasını bir daha təsdiq edir. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şahin Ələkbərov tərəfindən AR İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi əsassızdır. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün X4 inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunsun. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar