Məhkəmə qərarları › İş №3(005)-1715/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1715/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1715/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, "xxxx" MMC-nin təsisçisi və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən tərtib edilmiş ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: "HZR Group” MMC-nin təsisçisi və qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki,qanunvericiliklə müəyyən edilən hər hansısa bir orqan tərəfindən qəbl edilmiş qərarından şikayət olmadığından həmçinin ərizədə hər hansısa müvafiq olaraq şikayət predmeti olmadığından ərizəyə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında şikayət və ona əlavə olunmuş sənədlər natamam və yalnış şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından "HZR Group” MMC-nin təsisçisi və qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilən şikayəti və ona əlavə olunmuş sənədlər "HZR Group” MM-nin təsisçisi və qanuni nümayəndəsi Qanuni nümayəndə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: "HZR Group” MMC-nin təsisçisi və qanuni nümayəndəsi Qanuni nümayəndə şikayəti və ona əlavə olunmuş sənədlər "HZR Group” MMC-nin təsisçisi və qanuni nümayəndəsi Qanuni nümayəndə geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar