Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1716/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Dövlət X5 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Dövlət X5 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Dövlət X10 tərəfindən xx.xx.2020-ci il tarixində inzibati xəta haqqında tərtib edilmiş protokola və onun əsasında Bakı şəhər Dövlət X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən iddia olunur ki, o, xx.xx.2020-ci il tarixdə “Mitsubishi Pajero” minik markalı, 90DE073 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Q.Qarayev, Dakar day. istiqamətində yolayrıcının keçmə qaydalarının pozulması halına yol verilmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Hesab edir ki, qərar tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, baş vermiş pozuntuya dair həmin ərazidə yerləşən kameralardakı görüntülər çıxarılıb araşdırılmalıdır. Çünki o, qeyd olunan ərazidə protokolda qeyd pozuntuya yol verməmiş və idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, 90DE073 dövlət qeydiyyat nişanlı avtomobil ilə müəyyən olunmuş yol hərəkəti qaydalarını pozmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokol İXM-in 100.1.4.-ci maddəsinin nəzərdə tutulmuş tələblərə cavab vermir (inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti barədə protokolda müvafiq qeydlər mövcud deyildir). İXM-in 100.1.3-cü maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, Bakı şəhər Dövlət X10 tərəfindən xx.xx.2020-ci il tarixində barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və onun əsasında Bakı şəhər Dövlət X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar verilərkən, qanunvericilikdə nəzərdə tutulan təminatlara əməl edilməmiş, əksinə onlara zidd olan əməllərə yol verilmişdir. Son nəticədə qanunvericiliyin onun hüquqlarını müdafiə etmək üçün təminat verdiyi imkanlardan qərar verən vəzifəli şəxs onu məhrum etmişdir. Göstərilmiş dəlillərə əsasən hesab edir ki, Bakı şəhər Dövlət X10 tərəfindən xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərar əsassızdır və ləğv olunmalıdır. Bakı şəhər Dövlət X5 xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarı ləğv edilməli və barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətini müdafiə edərək, şikayətə uyğun izahat verib tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd edərək məhkəmədən vermiş olduğu şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Dövlət X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X1 İXM-in 327.2-ci maddəsi ilə inzibati cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Dövlət X5 yol patrul xidmətinin inspektoru, polis kiçik serjantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhər Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixində saat 09:08-də Q.Qarayev Dakar.day. ərazisində “Mitsubishi Pajero” minik markalı, 90DE073 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozmuşdur. Nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati orqan həmin inzibati xəta haqqında protokola baxılaraq qərar qəbul edərkən İlqar Kərimovun iştirakı ilə müvafiq araşdırma aparılmaqla qərar qəbul etməli halda, onun iştirakı olmadan səlahiyyətli vəzifəli şəxs qərar qəbul etmiş və bununla onun hüquqlarını pozmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Dövlət X10 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə araşdırma aparılmadan, inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğdə cərimə edilmişdir. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, X1 hüquqlarını pozmuşdur. İlqar Kərimov inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhəri Dövlət X9 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Bakı şəhər Dövlət X7 tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 inzibati xəta haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Dövlət X7 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1716/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1716/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver