Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1718/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin böyük təhqiqatçısı X1 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 502-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1839/20 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/021454 saylı xx.xx.2020-ci il tarixli raportda Türkiyə Respublikasından Bakı Şəhəri, Nərimanov rayonu, Təbriz, ev 63, məh.855, mənzil 57-də qeydiyyatda olan hüquqi şəxs yaratmadan ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs kimi vəzifəli şəxs hesab edilən X6 XXX-nın ünvanına 61K2105/61K2106 nömrəli avtomaşınla, İHR**********016 saylı xx.xx.2020 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2343 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/0xx-xx/004207 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən İHR**********016 saylı xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan “orqanik dəniz duzu” “tərkibində yod olmayan, natrium xlorid (CAS 7440-23-5) tərkibli, “City Farm Ögütme Tuzu” adlı, qida üçün dəniz duzu olduğu və “Yod çatışmazlığı xəstəliklərin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” xx.xx.2001-ci il tarixli 242-İİQ saylı Azərbaycan Respublikası Qanununun 8.3-cü bəndinə əsasən qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağan olunduğu qeyd olunmuşdur. Bununla da X6 barəsində İXM-in 502-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin böyük təhqiqatçısı X3 izahatında göstərdi ki, gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/021454 saylı xx.xx.2020-ci il tarixli raporta əsasən müəyyən edilmişdir ki, Türkiyə Respublikasından Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 63, məh.855, mənzil 57-də qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 ünvanına xx.xx.2020 tarixli invoys sənədi ilə daxil olmuş yüklər xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş mallar daxil olmuşdur. Həmin mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət olunmuşdur. Göstərilən İdarədən xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq göndərilmiş sınaq protokoluna əsasən xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan “orqanik dəniz duzu” “tərkibində yod olmayan, natrium xlorid tərkibli, “City Farm Ögütme Tuzu” adlı qida üçün dəniz duzu olduğu qeyd olunmuşdur. İdxal olunan duz məhsulunun dəyəri 1266,04 manat təşkil etmişdir. X5 hərəkətləri İXM-in 502-ci maddəsində nəzərdə tutulan inzibati xətanı yaratdığı üçün tərəfindən barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından Bakı şəhəri Nərimanov rayonu, Təbriz, ev 63, məh.855, mənzil 57-də qeydiyyatda olan X5 ünvanına 61K2105/61K2106 nömrəli avtomaşınla, İHR**********016 saylı xx.xx.2020 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2343 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/0xx-xx/004207 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən İHR**********016 saylı xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan “orqanik dəniz duzu” “tərkibində yod olmayan, natrium xlorid (CAS 7440-23-5) tərkibli “City Farım Ögütme Tuzu” adlı, qida üçün dəniz duzu” olduğu və “Yod çatışmazlığı xəstəliklərin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” xx.xx.2001-ci il tarixli 242-İİQ saylı Azərbaycan Respublikası Qanununun 8.3-cü bəndinə əsasən qida və yem məqsədilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağan olduğu, və “alma şirəsi” yükünün XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi və 1 litri - 0,7 ABŞ dollar gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur; **********2343 sorğu nömrəli, xx xxxx 2020-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 63, məh.855, mənzil 57də qeydiyyatda X6 tərəfindən istehsalçı “X7 Gida Teks.Tur. San. Ve Tic.A.Ş.”(Ayazağa Mah. X8.8/1, İstanbul Türkiyə) şirkətindən orqanik 600 ədəd dəniz duzu (350 qr.) idxal olunmuşdur. Həmin bəyannamənin 45-ci bəndindən görünür ki, malların gömrük dəyəri 1266,04 manatdır; X5 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, onun orqanik duzun tərkibində yodun olub-olmaması barədə əvvəldən məlumatı olmamış, laboratoriyanın rəyindən sonra onun tərkibində yod olmadığını və yodlaşdırılmamış duzun idxalının da qadağan olduğunu rəyi aldıqdan sonra bilmişdir; Məhkəməyə təqdim olunmuş Mərkəzi Gömrük Ekspertizası idarəsinin sınaq protokolundan görünür ki, invoysun 8-ci mövqeyi yodlaşdırılmamış duz olduğundan “Yod çatışmazlığı xəstəliklərin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” xx.xx.2001-ci il tarixli 242-İİQ saylı Azərbaycan Respublikası Qanununun 8.3-cü bəndinə əsasən qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 ünvanına 61K2105/61K2106 nömrəli avtomaşınla, İHR**********016 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2343 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Həmin mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması məqsədilə Mərkəzi Gömrük Ekspertizası idarəsinə olunmuş müraciət əsasında daxil olan 2200-013/0xx-xx/004207 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq göndərilmiş sınaq protokoluna əsasən İHR**********016 saylı xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan “orqanik dəniz duzu”nun “tərkibində yod olmayan, natrium xlorid (CAS 7440-23-5) tərkibli “City Farım Ögütme Tuzu” adlı, qida üçün dəniz duzu” olduğu müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 502-ci maddəsinə əsasən barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir; “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasinin Qanununun: 8.3-cü maddəsinə əsasən yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır; 10-cu maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilik yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə ölkəyə idxalını qadağan etmişdir, yəni yodlaşdırılmamış duz məhdudiyyət tətbiq edilən mallar sırasına daxildir. Hazırki iş üzrə X6 yodlaşdırılmamış duzun ölkəyə idxalını həyata keçirdiyi üçün onun bu hərəkətləri İXM-in 502-ci maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında X5 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X6 İXM-in 502-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati xətanın bilavasitə obyekti olan malların 50 faizi miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 502-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların 50 faizi miqdarında, yəni 633,02 (altı yüz otuz üç manat iki qəpik) inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1718/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1718/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver