Məhkəmə qərarları › İş №3(005)-172/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-172/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-172/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru 12 dekabr 2023-cü il tarixli qərarından və 13 dekabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X11 xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **- BE-*** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Bünyadov prospketində yolun sağ zolağı ilə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək 1.1 üfüqi nişanlanma xəttin tələbini pozaraq yerdəyişmə edib sol zolağa keçdikdə avtomobilin sol qabaq hissəsi ilə onunla eyni istiqamətdə irəlidə hərəkətdə olan sürücü X3 etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısına dəyərək toqquşmuş və toqquşma nəticəsində hər iki avtomobil yolun sağ kənarında olan beton maneyə dəyərək sonuncuya yüngül bədən xəsarətinin və “Toyota Prius” markalı avtomobilin sərnişini olan X4 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs xx.xx.2023-cü il tarixdə o etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil ilə Qələbə dairəsi istiqamətindən Z.Bünyadov prospketi ilə üzü Koroğlu istiqamətinə tərəf “Çingizxan” adlı restoranın alt hissəsində olan tunelin içinə çatmamış yolun soldan ikinci zolağı ilə saatda təxminən 95 km/sürətlə hərəkət edərkən onunla eyni istiqamətdə irəlidə hərəkət edən avtomobil ondan irəlidə olan digər avtomobilə arası ilə xəbərdar etmişdir ki, ona yol versin, lakin yol verilmədiyindən həmin avtomobil ani olaraq sağ zolağa yəni onun yoluna çıxmış və o sükanı sağ tərəfə çəkəndə avtomobilin arxa nahiyyəsi sürüşüb soldan birinci zolaqla hərəkət edən sonradan ona məlum olan “Hyundai Elantra” markalı 99-ZR -013 dövlət nömrə nişanlı avtomobilin sağ arxa qapı tərəfinə avtomobilinin qabaq hissəsi ilə toqquşmuş və avtomobili səmtini tam sağ tərəfə dəyişib sağdan olan beton maneəyə çırpılıb dayanmışdır.O toqquşmadan əvvəl Əhmədli qəsəbəsində müştəri götürüb Yasamal rayonuna aparmışdı, oradan da Məhəmmədiyə aparmalı idi. Həmin müştərini əvvəl iki dəfə anasını və həmin xanımı aparmışdır. Hadisə yerinə ilkin olaraq Bakı şəhər DYPİ-nin inspektoru gəlmiş və o heç kəsin xəsarət almadığını bildirmişdir. Bundan əvvəl isə həyəcanından əyləşən sərnişin xəsarət aldığını demişdir, lakin o normal olduğundan özündən dəqiqləşdirib dəfələrlə sonra xəsarətinin olmadığını ondan sonra bildirmişdir. Özü heç bir xəsarət almamışdır. Ona aid sürücülük vəsiqəsi təxminən bir ay bundan əvvəl avtoqəza zamanı Bakı şəhər DYPİ-nin inspektoru Fərid adlı şəxs tərəfindən götürüldüyünü izahatında qeyd etmişdir. Aparılan təhqiqat araşdırması zamanı İzahatı alınan xx.xx.2006-cı il təvəllüdlü X9 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23.30 radələrində o, Əhmədli qəsəbəsində taksi sifariş verib sifariş əsasında gələn “Toyota Prius” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda sərnişin kimi əyləşib həmin avtomobillə Ziya Bünyadov prospekti ilə üzü Koroğlu istiqamətinə doğru yeraltı tunellə orta zolaqla hərəkət edən zaman sərnişin olduğu avtomobillə enyi istiqamətdə sol zolaqla hərəkət edən qara rəngli nömrəsini görmədiyi avtomobil onların yoluna çıxmış və sərnişin olduğunu avtomobilin sürücüsü maşını sağ tərəfə çəkmiş və digər avtomobillə toqquşmuşdur. Hadisə zamanı baş nahiyəsi sağ şüşəyə dəymiş və ayaq altına sürüşüb xəsarət almışdır. Onlar yola çıxan zaman avtomobil qara rəngli həmin Cip markalı avtomobillə toqquşmamışdır. Hadisə yerinə yol patrul əməkdaşı polis mayoru gəlmişdir. Hadisə yerinə gələn anası X7 ilə birlikdə Sabunçu xəstəxanasına getmişlər. Hadisə zamanı o bədən xəsarəti almışdır. Araşdırma zamanı X10 izahatında bildirmişdir ki, xx.xx.2023- cü il tarixdə saat 23:30 radələrində o etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 20 yanvar metrostansiyası tərəfdən Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətinə doğru «Çingizxan» restoranın altında olan tunelə doğru saatda 60 km sürətlə soldan 1-ci zolaqla hərəkət edərkən, bütün yol boyunca sağ-sol zolaqları dəyişərək manevr edən “Toyota Prius” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sol zolağa keçib idarə etdiyi avtomobilin sağ arxa qapı hissəsindən vurmuşdur. Zərbənin təsirindən avtomobil əks hərəkət zolağını ayıran beton maneyə avtomobilin sol arxası dəymişdir.Sonra avtomobili dövrə edərək həmin istiqamətdə olan sağ beton maneyə çırpılmış və tuneiin içində avtomobili dayanmışdır. Nəticədə o bədən xəsarətləri almışdır. Hadisə yerinə Bakı şəhər DYPİ-nin əməkdaşı polis mayoru Cəlil müəllim gəlib sənədləşmə aparmışdır.İlk öncə o xəsarət olmadığını bildirmişdir. Ona aid sənədləri Cəlil müəllimə təqdim etmişdir.Evakuator vasitəsi ilə avtomobilləri hadisə yerindən götürülmüşdür.Səhəri gün ağrıları çoxaldığından xəstəxanaya müraciət etmişdir. “Toyota Prius” markalı avtomobildə sürücü və sərnişin heç bir xəsarət almamışdır. Həmin sürücünün və sərnişini eyni zamanda sərnişinin anasının bildirməsi ilə bağlı qara rəngli Cip markalı avtomobilin çıxması yalandır, məsuliyyətdən yayınmaq istəyir. Hadisə zamanı heç bir digər avtomobil hadisədə iştirak etməyib, toqquşmadan əvvəl soldan 2-ci zolaqla hərəkət etmişdir. Hadisənin baş verməsinin səbəbkarı Toyota Prius markalı avtomobilin sürücüsüdür. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X1 RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Ziya Bünyadov prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış və idarə etdiyi avtomobilə külli miqdarda ziyan dəymişdir.Toyota Prius markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 barəsində şikayətçidir, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/47520 saylı xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X15 zğlunun alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1521 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X5 aşkar edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının və bazunun yuxarı və aşağı üçdə birinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, sağ əlin İV barmağının ovuc səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1521 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1532 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü X2 bədəni səthində aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin trvması, hər iki dizin əzilməsi, sağ bazu oynağının və sol diz oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. X11 həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 1-ci bəndinin (1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; ), 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin (1.1—1.3 xətlərini kəsib keçmək qadağandır;) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 1-ci bəndinə əsasən üfiqi nişanlanma xətlərinə aiddir: 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar