Məhkəmə qərarları › İş №3(005)-173/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-173/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-173/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixində Atatürk - 20176 nömrəli parklama məntəqəsində park etmiş, daha sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) həmin tarixdə inzibati xəta törətdiyi qənaətinə gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsini rəhbər tutub xx.xx.2024-cü il tarixində barəsində protokol tərtib etmişdir. Agentlik tərəfindən elə həmin gün, yəni xx.xx.2024-cü il tarixində barəsində AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Agentlik qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının tələblərini pozmaqla barəsində qanunsuz və əsassız qərar qəbul etmişdir. Lakin Agentlik barəsində qərar qəbul edərkən qanunvericiliyin bu tələbini kobud şəkildə pozmuşdur. Yuxarıda qeyd etdiyi tarixdə tərəfindən inzibati xəta törədildiyi qənaətinə gəlsə də, inzibati tənbeh vermə barədə qərarı həmin tarixlərin üzərindən uzun müddət keçdikdən sonra qəbul etmişdir. Bununla da qanunvericiliyin qərarın real vaxt rejimində qəbul edilməli olmasına dair tələbinə riayət etməmişdir. İnzibati xətaya dair işlərdə real vaxt rejimi hansısa xətanın törədildiyi vaxtdan sonrakı qısa müddəti özündə ehtiva edir, yəni informasiya sisteminin proqram təminatı əsasənda dərhal müvafiq qərar qəbul edilərək ödəniş sisteminə ötürülməlidir. Cari iş üzrə real vaxt rejimində inzibati xətaya dair foto və ya video qeydiyyat funkiyasına malik xüsusi texniki vasitəsi ilə qeydə alınmış məlumatlarının ötürülməsi və eləcə də bu məlumatlar əsasında barəsində elektron sənəd formasında qərarın qəbul edilməsi məhz xətanı törədildiyi vaxtdan qısa müddət ərzində edilməli idi. Lakin “AsanPay” sistemində yerləşdirilmiş məlumatdan da aydın olur ki, törədilmiş xətaya görə foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində elektron sistemə ötürülsə də, Agentlik qərarın qəbulunda real vaxt rejiminə əməl etməmişdir. Bank sahəsində də anoloji olaraq real vaxt rejimi ifadəsi mövcuddur və istifadə olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 18 iyul 2016-cı il tarixli 33/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydalan”nın 2.1.17-ci bəndində real vaxt rejiminə anlayış verilmişdir. Real vaxt rejimi - sistemlərdə ödəniş əməliyyatları üzrə hesablaşmaların və məlumat mübadiləsinin müvafiq sistemin reqlamenti çərçivəsində dərhal həyata keçirilməsini nəzərdə tutan iş rejimidir. Qaydalarda real vaxt rejiminə verilmiş anlayış da təsdiqləyir ki, bu rejimdə nələrinsə icrası qısa müddətdə, dərhal baş verməlidir. Qanunvericiliyə əsasən elektron qərar real vaxt rejimində tərtib olunmadıqda başlanmış icraata xitam verilməlidir. Agentlik tərəfindən elektron qərar real vaxt rejimində tərtib olunmadığından iş üzrə icraata xitam verilməli idi. Lakin Agentlik qanunvericiliyə zidd olaraq barəmdə xx.xx.2024-cü il tarixində elektron qərar qəbul etmişdir. Barəsində Agentlik tərəfindən qəbul olunmuş 23.11,2024-cü il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Şikayət vermiş şəxs X4 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 bildirmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən X4 barəsində qəbul edilmiş qərar qanunidir və ona görə də şikayətin təmin olunmasına heç bir əsas yoxdur. Qeyd olunanlarla əlaqədar yazılı etirazını məhkəməyə təqdim etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Beləliklə müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2024-cü il tarixdə törədilmişdir. Lakin həmin hadisəyə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli elektron protokol yalnız xx.xx.2024-cü il tarixdə qərara çevrilməklə elektron kabinetdə yerləşdirilmişdir. Halbuki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.1.6. maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 128 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar