Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1734/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, "ASK Security” MMC-nin direktoru vəzifələrini müvəqqəti icra edən X9 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "ASK Security” MMC-nin direktoru vəzifələrini müvəqqəti icra edən X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 29 aprel 2025-ci il tarixdə "ASK Security” MMCnin direktoru vəzifələrini müvəqqəti icra edən X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi (bundan sonra - İdarə) tərəfindən X2 2025-ci ilin yanvar ayının əmək haqqının qanunvericilikdə müəyyən edilmiş minimum əmək haqqı üzərindən hesablanaraq ödənilməməsi əsası ilə inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, "xxxx" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən, vəzifəli şəxsi barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. İdarə tərəfindən işin faktiki halları ətraflı və obyektiv araşdırılmadığı üçün düzgün nəticədə düzgün qərar qəbul edilməmişdir. Belə ki, İdarəyə təqdim edilən və hazırda şikayət ərizəsinə əlavə olunan mühafizə xidmətinin təşkilinə dair müqavilənin surətindən müəyyən olunur ki, mühafizə olunan obyektdə mühafizəni həyata keçirən "xxxx" MMC-nin əməkdaşının aylıq əmək haqqı məbləğinin ödənilməsi sözügedən xidməti müqaviləsi əsasında mülkiyyətçi (hazırkı halda "xxxx" MMC) tərəfindən aylıq ödənilən xidmət haqqından asılıdır, həmin xidmət haqqı əsasında əməkdaşa əmək haqqı ödənilməsi həyata keçirilir. Bildirir ki, "xxxx" MMC nə dövlət büdcəsindən maliyyələşmir, nə də əlavə gəlir mənbələri yoxdur. "xxxx" MMC-nin əməkdaşlarının əmək haqlarının ödənilməsi müvafiq xidmət müqavilələri əsasında ödənilən xidmət haqqı məbləğləri hesabına həyata keçirilir. Əlavə olaraq məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli, 2979 nömrəli Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 fevral 2025-ci il tarixli, 15 nömrəli sərəncamına əsasən "xxxx" MMC Azəripək” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir (Sərəncam əlavə olunur). Bununla əlaqədar, 3 fevral 2025-ci il tarixin "xxxx" MMC ilə "xxxx" ASC arasında “Müəssisənin mühafizəsi haqqıda” 01 nömrəli xidmət müqaviləsi imzalanmışdır (Müqavilə əlavə olunur). Eyni zamanda, minimum əmək haqqının artımı ilə əlaqədar əməkdaşa ödənilməli olan əmək haqqı artımının təmin edilməsi məqsədilə "xxxx" MMC tərəfindən X2 xidmət apardığı mühafizə obyektinin mülkiyyətçisi "xxxx" ASC-yə 7 fevral 2025-ci il tarixli, 13-5-4/2-7/2025 nömrəli məktub göndərilmişdir (Məktub əlavə olunur). Beləliklə, minimum əmək haqqının artımı ilə bağlı X2 əmək haqqının artımla ödənilməsi "xxxx" MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. İdarə inzibati xətanın törədilməsinə kömək edən səbəblərin aradan qaldırılması üçün təqdimatla vəzifəli şəxsə müraciət etməli idi. Lakin, bu barədə məlumat verməmiş, İdarə yalnız 6 fevral 2025-ci il tarixli 3-17-5/2-10683/2025 nömrəli və 14 mart 2025-ci il tarixli 3-17-5/2-24386/2025 nömrəli məktublarla müraciət edərək şikayətlə bağlı olan sənədləri "xxxx" MMC-dən tələb etmişdir. Sözügedən müraciətlərə "xxxx" MMC tərəfindən göndərilən cavab məktublarında tələb olunan sənədlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqı məbləğinin 2025-ci ilin yanvar ayının 1dən artırılaraq 400 Azərbaycan manatı olması ilə əlaqədar xidmət haqqının artırılması zəruriliyi barədə X2 nəzarətçi işlədiyi "xxxx" ASC-yə müraciət olunduğu bildirilmiş və təsdiqedici sənədlər təqdim edilmiş, əmək haqqı artımının təmin edilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi aşkar şəkildə bəyan edilmişdir. Buna baxmayaraq İdarə qanunvericiliklə onun üzərinə qoyulan vəzifənin - işin faktiki hallarını ədalətli və hərtərəfli araşdırılmasını təmin etmək əvəzinə inzibati xətanın anlayışında qeyd olunan qəsd və ehtiyatsızlıq əlamətləri olmadığı halda, şəxsin iradəsindən asılı olmayan şəraitdə baş vermiş hal barədə məlumat verilməsinə baxmayaraq, bu səbəblərin aradan qaldırılması ilə bağlı müddət müəyyən edərək hüquqi şəxsə təqdimat ünvanlamadan səlahiyyətli orqan (vəzifəli şəxs) dövlət müəssisəsinə qarşı qərəzli mövqe nümayiş etdirərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 29 aprel 2025-ci il tarixli MN ******* nömrəli "xxxx" MMC-nin direktor vəzifələrini müvəqqəti icra edən X9 barəsində inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 29 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”a əsasən X1 2025-ci ilin yanvar ayının əmək haqqısı minimum əmək haqqı üzərindən hesablanaraq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin tələbləri pozularaq ödənilmişdir. X4 tərəfindən İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 minimum əmək haqqından aşağı həddə əmək haqqının verilməsi məhkəməyə təqdim edilmiş sənədlərlə, eləcə də "xxxx" MMC-nin rəhbəri X9 tərəfindən verilmiş şikayət ərizəsində də öz əksini tapmışdır. Belə ki, şikayət ərizəsində X2 əmək haqqının artımla ödənilməsinin "xxxx" MMC-nin iradəsindən asılı olmayan səbəblərdən baş vermədiyini qeyd etmişdir. Göstərilənlər. Həmçinin qanunvericilyin tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X1 2025-ci ilin yanvar ayının əmək haqqısı minimum əmək haqqı üzərindən hesablanaraq ödənilməmişdir. Bununla da qanun pozuntusuna yol verilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "ASK Security” MMC-nin direktoru vəzifələrini müvəqqəti icra edən X9 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1734/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1734/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver