Məhkəmə qərarları › İş №3(005)-1736/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1736/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1736/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, tələbkarlar X18, X27 və X4 iştirakları ilə, “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X22 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixdə 09:30-da borclu “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs icra sənədləri üzrə tələbkarlara aylıq müavinətlərin ödənilməsini 2019-cu ilin oktyabr ayından sonra təmin etməmiş, bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, tələbkarlar X13 1800 manat, Məmmədağa Hüseyn oğluna 1600 manat, X8 2000 manat, X5 1250 manat, Şahbazova Atlas Zöhrab qızına 1250 manat olmaqla cəmi 7900 manat birdəfəlik müavinət borclu “xxxxxxxxxxx” MMC-dən tutulmalı, tələbkarlar X13, Məmmədağa Hüseyn oğluna, X8, X5, Şahbazova Atlas Zöhrab qızına 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi borclu “xxxxxxxxxxx” MMC-nə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2015ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “xxxxxxxxxxx” MMC-yə göndərilmiş və xx.xx.2015-ci il tarixdə borclunun səlahiyyətli nümayəndəsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu “xxxxxxxxxxx” MMC-dən tələbkarlar X6 xeyrinə 2500 manat və X9 xeyrinə 2520 manat birdəfəlik müavinət tutulmalı, tələbkarlar X7 və X14 2015-ci ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi borclu “xxxxxxxxxxx” MMC-yə həvalə edilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “xxxxxxxxxxx” MMC-yə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu “xxxxxxxxxxx” MMC-dən tələbkar X10 xeyrinə 4410 manat birdəfəlik müavinət və 2017-ci ilin noyabr ayından başlayaraq sağlamlığına vurulmuş zərərə görə aylıq müavinətlər ödənilməlidir. İcra sənədlərinin birdəfəlik müavinətlərin verilməsi hissəsində X15 360 manat borc qalmış, digər tələbkarlara birdəfəlik müavinətlər ödənilmiş, lakin aylıq müavinətlərin verilməsi hissəsi mütəmadi olaraq gecikmələrlə ödənilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər-hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışda “xxxxxxxxxxx” MMC-nin əvvəlki adının “xxxxxxxx” MMC olduğu müəyyən olunmuş, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin xüsusi mülkiyyət olaraq “xxxxxxxx” MMC-nə məxsus olduğu məlum olmuş, qeyd edilən əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-455/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin əmlak üzərinə həbs qoyulmuş, xx.xx.2018-ci il tarixli qərarla əmlakın qiymətləndirilməsi üçün “xxxxxxx” MMC-dən nümayəndə dəvət edilmiş, xx.xx.2018-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, əmlak 3.000.000 manat dəyərində qiymətləndirilmiş, xx.xx.2018-ci il tarixdə hərracın keçirilməsi məqsədilə “xxxxx” MMC-nə sifariş məktubu göndərilmiş, lakin alıcı olmadığından və hərrac baş tutmadığından sənədlər geri qaytarılmışdır. Məlumat üçün bildirilir ki, “xxxxxxxxxxx” MMC-nin fəaliyyəti dayandırılmışdır. Borclu “xxxxxxxxxxx” MMC-nin balansında olan əmlaklara yerində baxış keçirilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə borclunun ünvanı ünvan 2 ünvanında olan zaman özlərini mühafizəçi kimi təqdim edən şəxslər tərəfindən əmlaklara baxış keçirilməsinə maneə yaradılmış, kənar şəxslər tərəfindən icra məmurlarına hədə-qorxu formasında təzyiqlər edilmiş, bununla bağlı akt tərtib olunmuş və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş, bununla da əmlaka baxış keçirilməsi mümkün olmamışdır. Bundan əvvəl borclu “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs barəsində 2 dəfə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciətlər edilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-2319/2019 saylı, xx.xx.2019cu il tarixli və 3(005)-435/2020 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarına əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə davam edir. Borclu tərəfindən icra sənədlərinin icrası təmin edilmir. Nəticədə 2020-ci ilin avqust ayı daxil olmaqla tələbkarlar X13 1980 manat, Məmmədağa Hüseyn oğluna 1760 manat, X8 2200 manat, X5 1375 manat, Şahbazova Atlas Zöhrab qızına 1375 manat, X14 1000 manat, X15 2985 manat olmaqla, cəmi 12675 manat məbləğində borc yığılmışdır. Məlumat üçün bildirilir ki, tələbkarlar X16 və X20 vəfat etmiş, X6 vəfat etdiyi günə qədər ödənilməli olan müavinət onun hüquqi varisinə tam ödənilmiş, lakin X15 ödənilməli olan müavinət tam ödənilməmişdir. Göstərilənlərə əsasən, “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru X22 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarlar X18, X27 və X11 izahatlarında icra sənədi üzrə tələbin borclu tərəfindən tam yerinə yetirilmədiyini göstərərək “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında icra işinin materiallarına əsasən müəyyən olunur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, X2 1800 manat, Məmmədağa Hüseyn oğluna 1600 manat, X17 2000 manat, X5 1250 manat, Şahbazova Atlas Zöhrab qızına 1250 manat olmaqla cəmi 7900 manat birdəfəlik müavinət borclu “xxxxxxxxxxx” MMC-dən tutulmalıdır. X2, Məmmədağa Hüseyn oğluna, X8, X5 və Şahbazova Atlas Zöhrab qızına 2014-cü ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi borclu “xxxxxxxxxxx” MMC-nə həvalə edilmişdir; “İcraata başlamaq haqqında” 3394 nömrəli xx xxx 2015-cı il tarixli qərardan və həmin tarixli 17/69-№ 7415-33 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxxxxxxxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “xxxxxxxxxxx” MMC-dən iddiaçılar X6 xeyrinə 2500 manat və X9 xeyrinə 2520 manat birdəfəlik müavinət tutulmalıdır. X1 və X14 2015-ci ilin noyabr ayından başlayaraq sağlamlıqlarına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi borclu “xxxxxxxxxxx” MMC-nə həvalə edilmişdir; “İcraata başlamaq haqqında” 1672 nömrəli xx xxxxxx 2016-cı il tarixli qərardan və həmin tarixli 17/69-№ 3250-33 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxxxxxxxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “xxxxxxxxxxx” MMC-dən iddiaçı X10 xeyrinə 4410 manat birdəfəlik müavinət tutulmalıdır. X3 2017-ci ilin noyabr ayından başlayaraq sağlamlığına vurulmuş zərərə görə aylıq müavinətlərin ödənilməsi “xxxxxxxxxxx” MMC-nə həvalə edilmişdir; “İcraata başlamaq haqqında” 65302 nömrəli xx xxxx 2018-ci il tarixli qərardan və həmin tarixli 17/69-№ 65302-9 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxxxxxxxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-455/2018 saylı, xx xxxxx 2018ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-1571/2015 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu “xxxxxxxx” MMC-yə (indiki “xxxxxxxxxxx" MMC) məxsus ünvan 2 ünvanında yerləşən 1.91572 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmışdır. Məhkəmə iclasında icra işinin materialları ilə müəyyən edildi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1571/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(005)- 182/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(005)-734/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə borclu vəzifəli şəxs Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, 2019-cu ilin oktyabr ayından həmin icra sənədlərini icra etməmişdir. Qeyd olunanlar, yəni borclu vəzifəli şəxs tərəfindən icra sənədlərinə əsasən onun üzərinə qoyulan tələblərin icra olunmaması onun tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar