Məhkəmə qərarları › İş №3(005)-1736/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1736/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1736/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci və 329.3-cü maddələri ilə DİN-in Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 22 may 2025-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, 21 may 2025-ci il tarixində saat 21:15-də Bakı şəhəri Nərimanov rayon, Ziya Bünyadov prospektində Şəxs idarə etdiyi “Avatar 11 minik” markalı **-ST-*** qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 343-1.1-ci maddələri ilə nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında işin materialları araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 21 may 2025-ci il tarixində saat 21:15-də Bakı şəhəri Nərimanov rayon, Ziya Bünyadov prospektində Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 343-1.1-ci maddələri ilə nəzərədə tutulmuş inzibati xətanı törtəməsi dəqiq göstərilməmiş, inzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitə qeyd edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, müayinədən imtina etməsi heç bir sənədlə öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 343-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən daxil olmuş 22 may 2025-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 343-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən daxil olmuş 22 may 2025-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar