Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1739/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 və onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin əməkdaşı X6 tərtib etdiyi TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X15 haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin əməkdaşı X6 tərtib etdiyi TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X15 haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ Polis X3 tərəfindən qəbul edilmiş “X15 haqqında” TP ******* saylı Qərara əsasən xx.xx.2020-ci il tarixli İXP3160213 nömrəli protokola və inzibati xəta haqqında işin materialına əsasən onun barəsində xx.xx.2020-ci il tarixdə saat 11.00-da Heydər Əliyev prospektində Toyota Prado minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozması əsas gətirilərək inzibati məsuliyyətə cəlb edilmiş və barəsində müvafiq inzibati tənbeh tədbiri seçilmişdir. Hesab edirik ki, istər xx.xx.2020-ci il tarixli 1XP3160213 nömrəli protokol və istərsə də Bakı şəhər DYPİ Polis X3 tərəfindən qəbul edilmiş “X15 haqqında” TP ******* saylı Qərar əsassız, qeyri-obyektiv, maddi və prosessual hüquqların pozulması ilə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə material tam, obyektiv, hərtərəfli araşdırılmamış və işin nəticəsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən hallara səthi yanaşılmış və maddi hüquqi normalar işin faktiki hallarına düzgün tətbiq olunmamışdır. Belə ki, doğrudur o, xx.xx.2020-ci il tarixdə saat 11.00-da Heydər Əliyev prospektində Toyota Prado minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etsə də bu manevri təqsirli şəkildə, yəni qəsdən və ya ehtivatsızlıdan deyil, bilavasitə gözlənilən və müşahidə edilən qəza vəziyyətindən yayınmaq üçün etməli olmuşdur. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərindən və inzibati iş üzrə materiallarda olan digər inzibati protokol və qərarın məzmunundan göründüyü kimi, X15 Haqqında TP ******* saylı Qərara əsasən xx.xx.2020-ci il tarixdə Bakı şəhər DYPİ Bakı şəhər DYPİ Polis X3 barəsində inziibati xəta haqqında iş üzrə icraat aparılan X8 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP3164175 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxaraq müəyyən etmişdir ki, X8 xx.xx.2020-ci il tarixində, saat 11.00-da Heydər Əliyev prospektində Opel Astra minik markalı. **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş nəticədə İXM-nin 327.1 -ci maddəsinin tələblərini pozmuş və barəsində inzibati tənbeh tədbiri seçilmişdir. İnzibati xəta haqqında işin istinad olunan xüsusatlardan göründüyü kimi, X8 xx.xx.2020-ci il tarixində, saat 11.00-da Heydər Əliyev prospektində Opel Astra minik markal **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək o, idarə etdiyi Toyota Prado minik markalı, **- HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün real qəza təhlükəsi yaratdığından, sonuncu da öz növbəsində sürücü stiuativ sürücü reflekleksinin psixoloji təsiri altında zəruri özünümüdafiə və son zərurət vəziyyətində aşkar qəza vəziyyətindən yayınmaq üçün əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə məcbur qalmış, belə ki, özünümüdafiə xarakterli həmin manevri edərkən də bunu təqsirli şəkildə etməmiş, həmin manevri edərkən də hər hansı qəza şəraiti yaradacağını güman etməmiş, görməmiş və görmək imkanına da malik olmamışdır. Bakı şəhər DYPİ Polis X3 isə xx.xx.2020-ci il tarixli İXP3160213 nömrəli protokolu tərtib edərkən və “X15 haqqında” TP ******* saylı Qərarı qəbul edərkən qeyd olunan xüsusatları nəzərə almamış, İXM-nin 327.1-ci maddəsinin müddəalarını hərfi mənada başa düşmüş və həmin Məcəllənin ümumi hissəsinin müddəalarını nəzərə almadan tətbiq edərək maddi hüquqi normalarını işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Göründüyü kimi, Bakı şəhər DYPİ Polis X3 isə xx.xx.2020-ci il tarixli İXP3160213 nömrəli protokolu tərtib edərkən və “X15 haqqında” TP ******* saylı Qərarı qəbul edərkən X4 əməlində İXM-nin 3-cü və 12.1-ci maddələrinin tələblərinə müvafiq olaraq İXM-nin 327.1-ci maddəsinin obyektiv cəhətinin zahiri əlamətlərinin müəyyən edilməsi ilə kifayətlənmiş, belə ki, sonuncunun əməlində inzibati xəta tərkibinin 3 elementi (obyekt, obyektiv cəhət, subyekt) mövcud olsa da, digər mühüm əlaməti - subyektiv cəhət (təqsir qəsd və ya ehtiyatsızlıq) mövcud olmadığından əsassız olaraq onun barəsində İXM-nin 327.1- ci maddəsi üzrə inzibati tənbeh tədbiri seçmişdir. İnzibati xəta haqqında iş üzrə materiallardan göründüyü kimi, mübahisələndirilən inzibati protokol və qərar üzrə barəsində inzibati məsuliyyət tədbiri tətbiq edilmiş X4 əməlində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməlin zahiri əlamətləri mövcud olsa da, sonuncu bu əməli son zərurət vəziyyətində, yəni özünün həyatını, sağlamlığını və ya hüquqlarını qorxu altına alan təhlükəni - aşkar müşahidə edilən real qəza vəziyyətini digər vasitə ilə aradan qaldırmaq mümkün olmadığından və bu zaman son zərurət həddinin aşılmasına yol vermədən törətməli olduğundan həmin əməl inzibati xəta hesab olunmamalı və şəxs barəsində heç bir inzibati tənbeh tədbiri seçilməməli idi. Ona görə də hesab edir ki, maddi və prosessual hüquq normalarının tələblərinin kobud surətdə pozularaq və İXM-nin ümumi hissəsinin normalarının düzgün tətbiq edilməməsi nəticəsində faktiki olaraq son zərurət vəziyyətində törədilmiş əməlin inzibati xəta kimi tövsif olunduğu, və inzibati xəta haqqında iş onun barəsində tərtib olunmuş 25.03,2020-ci il tarixli İXP3160213 nömrəli protokol və Bakı şəhər DYPİ Polis X3 tərəfindən qəbul edilmiş “X15 haqqında” TP ******* saylı Qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qevd etməyi zəruri hesab edirlər ki, “COVİD-19” virusu ilə əlaqədar elan edilmiş pandemiya və karantin şəraiti ilə əlaqədar mübahisələndirilən prtokolu və qərarı qısa müddət ərzində əldə etmək mümkün olmadığından həmin protokol və qərar daha sonra birbaşa müraciət əsasında tərəfindən əldə edilərək barəsində şikayət verilmişdir. Lakin buna baxmayaraq, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ- nin sözügedən inzibati protokol və qərarından Baş DYPİ-yə və AR DİN rəhbərliyinə ünvanladığı şikayətə heç bir reaksiya və cavab verilməmişdir. Odur ki, yuxarı səlahiyyətli orqan tərtib olunmuş inzibati protokol və inzibati qərardan verilmiş şikyət üzrə heç bir araşdırma aparmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən X7 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli İXP3160213 nömrəli protokolun və Bakı şəhər DYPİ Polis X3 tərəfindən qəbul edilmiş “X15 haqqında" TP ******* saylı Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 və onun nümayəndəsi və vəkili X11 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Dövlət X16 nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər DYPİ-nin əməkdaşı X6 tərtib etdiyi TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X15 haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər DYPİ-nin əməkdaşı X6 tərtib etdiyi TP seriyalı ******* nömrəli xx.xx.2020ci il tarixli X15 haqqında xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə «TOYOTA PRADO» minik markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X7 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- 40 manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmişşəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Nuridin Hüseynov barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Bakı şəhər DYPİ-nin əməkdaşı X6 tərtib etdiyi TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli X15 haqqında qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1739/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1739/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver