Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1741/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi (bundan sonra - DƏMX-in Bakı şəhər idarəsi) tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 DƏMX-in Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X9 Xidmətinin rəisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-.1-ci maddəsini rəhbər tutaraq xx.xx.2025-ci il tarixində MN ******* saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmışdır. MN ******* saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmısana əsas kimi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X9 Xidmətinin 10 fevral 2025-ci il tarixli 3-17- 5/2- 11735/2025 nömrəli icrası məcburi göstərişinə tərəflərindən əməl edilmədiyi bildirilir. DƏMX-nin istinad etdiyi X3 və digər 81 nəfər 10 fevral 2025-ci il tarixlərində əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Qeyd edir ki, qərar birmənalı şəkildə qanunsuzdur və əsassızdır. Sözügedən icra orqanı tərəfindən barələrində inzibati icraat aparıldığından xəbərsiz olmuşdur. Özləri onun iştirakı olmadan protokol tərtib edərək, cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar veriblər. İdarə Heyətinin sədri olduğu "xxxx" MMC-də çalışan əməkdaşlar və işə qəbul olunan şəxslər hər bir Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanır. Onlar , bu sığortanı "xxxx" MMC ilə əməkdaşlıq edən Paşa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyətində etdirirlər. xx.xx.2025-ci il tarixində, SS929241081AZ saylı xəbərnamə ilə göndərilən və AZ1033 saylı Poçt məntəqəsindən təhvil aldığı 3-17- 5/2-1-42023/2025 saylı məktuba xx.xx.2025-ci il tarixində cavab yazaraq bu məsələ ilə bağlı DƏMX tərəfindən ayn-ayn vaxtlarda, üç dəfə Zoom Online platforması üzərindən Cəmiyyətin İnsan resurslarının məsul əməkdaşları ilə görüşlər keçirilmiş, hər dəfəsində sığortasız iddia edilən əməkdaşların İcbari Sığorta Bürosu (İSB) sistemindən vaxtında sığorta olunduğu əyani göstərilərək sübuta yetirilmişdir. Əlavə olaraq da, həmin şəxslərin sığortalı olduqlarına dair müqavilə əlavələri qarşı tərəfin diqqətinə çatdırmışdılar. xx.xx.2025-.ci il tarixli, MN ******* saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara nəzər salanda barəsində İXM-nin 539.1-1-ci maddəsinə uyğun olaraq 1000 (min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilib və törədilmiş "hüquqpozma” aradan qaldırılması üçün 15 gün müddət müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimənin ödənilməsi tələb edilmədiyi vurğulanır. Qeyd edilən məsələ ilə bağlı DƏMX rəsmiləri ilə danışdıqda məhkəməyə müraciət etməyi və müqavilələri təqdim etməyi bildirmişlər. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən şikayət verən X2 nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmiş, işçilərin siğorta edilməsi ilə bağlı müvafiq müqavilə qoşmasını məhkəməyə təqdim etmişdir. İlkin məhkəmə iclasında iştirak edən DƏMX-in Bakı şəhər idarəsinin nümayəndəsi X11 şikayətə etiraz edərək, qərarın əsaslı olduğunu və şərti olaraq tətbiq edildiyini, "xxxx" tərəfindən onlara hər hansı siyahı təqdim edilmədiyini, bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsinin nümayəndəsi növbəti məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 06 may 2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin idarə heyətinini sədri X4 tərəfindən X3 və digər 81 nəfər 10 fevral 2025-ci il tarixlərində əsasən işçilərin istehsalatda baş verəcək bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməsi ilə bağlı DƏMX-in 10 fevral 2025-ci il tarixli, 3-17-5/2-11735/2025 nömrəli icrası məcburi göstərişlərinə əməl edilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, 3-17-5/2-11736/2025 nömrəli göstərişdən görünür ki, “Əmək və məşğulluq” altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədi ilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması halları aşkar edilməsi müəyyən edilmişdir. Qərara alınmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığortalanmayan işçilərin icbari sığortalanması təmin edilməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 ünvanlanan 20 fevral 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli 3-17-5/2- 12549/2025 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, hazırda Cəmiyyətdə ümumilikdə 9685 əməkdaş fəaliyyət göstərir. Bu əməkdaşların hamısı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, icbari sığorta ilə təmin edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik qoşmadan və həmin qoşmaya əlavədən görünür ki, "xxxx" MMC tərəfindən işçiləri sığorta olunmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri X2 əməllərində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş tənbeh vermə haqqında qərarında "xxxx" MMC tərəfindən 81 nəfər işçinin icbari siğorta edilməməsi qeyd edilsə də, məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, qeyd olunan şəxslərin hər biri icbari siğorta edilmiş, həmin faktı təsdiq edən sübutlar hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tərəfindən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişləri icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin sədri X2 əməllərində İXM-in 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-1741/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1741/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver