Məhkəmə qərarları › İş №3(005)-1742/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1742/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1742/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 200 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları şikayətçini, X3, xx.xx.2020-ci il tarixdə idarə etdiyi 99A777 dövlət qeydiyyat nişanlı motosikli saxlamışlar. Yoxlama zamanı məlum olmuşdur ki, şikayətçinin odluğu yeri tərk etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020 tarixli, 236 saylı və xx.xx.2020 tarixli, 208 saylı Qərarlarına müvafiq olaraq icazəsi vardır və şikayətçi bu icazənin şərtlərini pozmamışdır. Buna baxmayaraq BDYP-nın əməkdaşı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib etmiş və inzibati cərimə tətbiq etmişdir. Qərarı onunla əsaslandırmışdır ki, şikayətçinin qeydiyyatda olduğu ünvan Bakı şəhəri Nərimanov rayonudur, ancaq şikayətçi Abşeron rayonunda (Novxanı qəsəbəsində) idi. Şikayətçi BDYP-a şikayət etmiş, şikayətə Abşeron rayonu Polis İdarəsində baxılmışdır. X2 qərarı qüvvədə saxlanılmışdır. Şikayətçi barəsində tətbiq edilən inzibati cərimə tam olaraq əsassızdır və qeyri- qanunidir. Nazirlər Kabinetinin xx.xx.2020 tarixli, 208 saylı Qərarları ilə təsdiq olunan Qaydaların 1.5.2-ci və 1.6.2-ci maddələrinə əsasən şəxs müəyyən edilən müddətə yaşadığı və ya olduğu yeri müəyyən əsaslarla, o cümlədən açıq havada vaxt keçirmək məqsədi ilə tərk edə bilər. BDYP belə iddia edir ki, şəxs yalnız qeydiyyatda olduğu yerdə ola bilər. Şikayətçi Bakı şəhəri ərazisində olmuş və digər şəhər və ya rayona getməmişdir. BDYP-nın irəli sürdüyü arqument heç bir normativ-akta əsaslanmır. Ona görə də qərar qanunsuzdur. Hesab edir ki, qeyd edilən hüquqi əsas BDYP-nın qərarını ləğv etmək üçün əsasdır. Bununla belə yazılı cavabında göstərməsə də, BDYP iddia edir ki, şəxs qeydiyyatda olduğu yerdə olmalıdır və yalnız qeydiyyata olduğu yeri tərk edə bilər. Şikayətçinin Novxanı qəsəbəsində bağ evi vardır. Bağ evi şikayətçinin həyat yoldaşının adına dövlət qeydiyyatına alınmışdır. Nazirlər Kabinetinin 208 saylı Qərarları ilə təsdiq olunan Qaydalarında icazə “yaşayış yeri və olduğu yeri” tərk etmək üçün verilir. Azərbaycan Respublikasının “Yaşayış yer və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunda şəxsin "olduğu yer” anlayışı verilmişdir. Həmin anlayışa əsasən şəxsin olduğu yer o cümlədən qohumunun evi hesab edilə bilər. Nazirlər Kabinetinin təsdiq etdiyi karantin qaydaları da olduğu yerə aiddir, oranı tərk etməyə icazə verir. Başqa sözlə şəxsin olduğu yerdə qalmasına və ya oranı karantin qaydalarına uyğun olaraq tərk etməsinə görə inzibati cərimə nəzərdə tutulmur. Şəxsin olduğu yerdə qeydiyyata alınmaması, onun barəsində karantin qaydalarını pozma ilə əlaqədar inzibati cəzanın tətbiq edilməsi üçün əsas deyildir. Yəni şəxsin olduğu yerə qeydiyyata alınmaması İX.M-in 211.1-ci maddəsi üzrə inzibati xəta tərkibi yaratmır. Ümumən BDYP tərəfindən bu cür hallarda inzibati cərimənin tətbiq edilməsi təəccüb və təəssüf doğurur. Karantin qaydalarının tətbiqi nöqteyi nəzərdən qaydaların məqsədi vətəndaşları incitmək deyil. Qaydaların məqsədi vətəndaşların sağlamlığını təmin etməkdir. Əgər BDYP-i şikayətçini həmin ərəfədə, misal üçün, futbol oynayan və ya çimərlikdə çimən zaman saxlasa idi, o zaman tətbiq edilən cəriməni anlamaq olardı. Ancaq Şikayətçi sadəcə heç bir hərəkət qaydasını pozmadan ona verilən 2 saat ərzində konkret işlərini görürdü. Ərizəçi bir neçə dəfə Abşeron rayon Polis İdarəsinə getmiş və inzibati tənbeh tətbiq etmə haqqında qərarın ona təqdim edilməsini xahiş etmişdir. Yalnız xx.xx.2020 tarixdə Abşeron rayon Polis İdarəsi ərizəçiyə inzibati tənbeh haqqında qərarın surətini təqdim etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə protokol tərtib edilsin. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş və Tokay Əlizadə tərəfindən 8103-ə ünvanlanan SMS icazə xidmətindən əldə edilmiş çıxarışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 11:39 radələrində 2 saatlıq müddətə yaşayış yerini tərk etmək uçun SMS icazə xidmətindən istifadə etmiş və icazə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından isə görünür ki, X3 tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2020-ci il tarixdə saat 13:26-də törədildiyi qeyd edilmişdir. Halbuki X3 tərəfindən xx.xx.2020-ci il tarixdə saat 11:39 radələrində 2 saatlıq müddətə aldığı müvafiq icazə müddəti saat 13:39-da bitməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə iclasında X3 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X3 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Dövlət X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin,həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar