Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1743/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu X2 Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru X4 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru X4 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Bundan başqa, Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru X4 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və adı çəkilən məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 3(005)-1258/2020 nömrəli qərarı ilə X3 İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 128.2-ci maddəsinə uyğun olaraq da inzibati xəta haqqında iş üzrə hakimin qərarından şikayət apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru X4 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1743/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1743/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver